Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heydər Əliyev Sarayında çoxdan gözlənilən “Məhəbbət əfsanəsi” baletinin təqdimatı olub

Bakı, 19 sentyabr, Leyla Muradzadə, AZƏRTAC

Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Azərbaycanın Xalq artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin uzun müddətdir gözlənilən təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, dünyanı fəth edən baletin nümayişi ilə həm də 18 sentyabr - Milli Musiqi Günündə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalının açılış mərasimi olub.

“Məhəbbət əfsanəsi” iki gün - sentyabrın 18-də və 19-da Heydər Əliyev Sarayında təqdim edilir. Bu möhtəşəm təqdimat ecazkar musiqi, səhnə quruluşu və tərtibatı ilə Milli Musiqi Günündə tamaşaçılar üçün ən gözəl hədiyyədir.

Bu münasibətlə Heydər Əliyev Sarayının foyesində sərgi də təşkil edilib. Sərgidə “Məhəbbət əfsanəsi” baletinin indiyədək yayımlanan afişaları və Arif Məlikovun yaradıcılığına dair foto və məlumatlar nümayiş olunub.

Qeyd edək ki, Bakıdakı bu musiqi bayramına - “Məhəbbət əfsanəsi” baletinin təqdimatını işləmək üçün digər ölkələrdən qonaqlar da gəliblər. Onların arasında İtaliyanın ən böyük və məşhur konsert məkanlarından olan “Arena di Verona”nın bədii rəhbəri Stefano Trespidi, dünyada məşhur FAZIOLI royallarını istehsal edən fabrikin yaradıcısı Paolo Fazioli, Rusiyanın məşhur balet artisti, “Məhəbbət əfsanəsi”ndə Fərhad rolunun ifaçılarından biri olmuş Nikolay Tsiskaridze də var.

Rusiyanın Xalq artisti, dünyaşöhrətli balet artisti Nikolay Tsiskaridze tamaşanın nümayişindən əvvəl “Məhəbbət əfsanəsi”ndə oynadığı roldan danışaraq deyib: “Mən bu tamaşanın əsas ifaçılarından biri olmuşam. Böyük Teatrda işlədiyim dövrdə “Məhəbbət əfsanəsi" baletində rol almaq çətin idi. Çünki bu, bir tərəfdən virtuoz, digər tərəfdən isə ən vacib ulduzların çıxış etdiyi tamaşadır. Bu rolu çox erkən yaşda oynamaq mənim üçün çox qürurverici idi. Bir neçə dəfə bəstəkarın (Arif Məlikov - red.) gözü qarşısında rəqs etmək şansım oldu. Bu, mənim üçün ən böyük mükafatlardan biri idi. Bu gün burada olmağımın səbəbi bənzərsiz bəstəkara olan sevgimdir. Hesab edirəm ki, bu, dünya musiqi mədəniyyətində balet üçün yazılmış möhtəşəm partituralardan biridir. Çox xoşbəxtəm ki, bu balet Arif Məlikovun vətənində - Azərbaycanda səhnəyə qoyulur”.

Arif Məlikovun tarixdə böyük bir iz qoyduğunu qeyd edən Xalq artisti, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Təranə Muradova “Məhəbbət əfsanəsi” baletinin dünyanın məşhur teatrlarında səhnəyə qoyulduğunu söyləyib. “Azərbaycan xoreoqrafiya sənətində bir çox istedadlı balet ustaları və xoreoqraflar var. Ümid edirəm ki, bu sənət həmişə inkişaf edəcək və dünyada öz sözünü deyəcək”, - deyə o əlavə edib.

“Məhəbbət əfsanəsi”nin Heydər Əliyev Sarayındakı budəfəki təqdimatına uzun müddətdir hazırlıqlar görülürdü və artıq bir aydan çox idi məşqlər gedirdi.

Tamaşa 1961-ci ildə olduğu kimi, yenə də məşhur rəssam Simon Virsaladzenin eskizləri əsasında səhnələşdirilib. Belə ki, tarixi təqdimat üçün Heydər Əliyev Fondu tərəfindən Simon Virsaladzenin orijinal eskizləri əsasında 200-dən çox kostyum, həmçinin dekorasiya və rekvizitlər hazırlanıb.

Unudulmaz təqdimatda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppasının və Azərbaycan Dövlət Rəqs Ansamblının artistləri ilə yanaşı, xarici teatrlardan dəvət olunan solistlər də yer alıb.

Xalq rəssamı Ömər Eldarov “Məhəbbət əfsanəsi” baleti barədə təəssüratlarını bölüşərək deyib: “Bu möhtəşəm balet istedadlı ustaların səyləri nəticəsində ərsəyə gəlib və qısa zamanda uğur qazanıb. Arif Məlikov dünyanı öz yaradıcılığı ilə tanış etmək üçün yaşayırdı və o, bunu bacardı”.

Təqdimat mərasimində iştirak etməkdən şərəf hissi duyduğunu bildirən Çinin ölkəmizdəki səfiri xanım Qo Min Azərbaycanın zəngin mədəniyyətə malik olduğunu deyib. “Əminəm ki, baleti izlədiyim zaman Azərbaycan mədəniyyətinin incəliklərini hiss edəcəyəm. Bu tamaşanı yenidən görməkdən çox məmnunam. Ümid edirik ki, gələcəkdə “Məhəbbət əfsanəsi” çinli tamaşaçılara da nümayiş olunacaq”, - deyə səfir qeyd edib.

Gecəni Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, Xalq artisti Yusif Eyvazov açıblar.

F.Bədəlbəyli çıxışında Arif Məlikovun məşhur əsərinin Azərbaycanda səhnələşdirilməsini çoxdan arzuladığını vurğulayaraq bildirib: “1962-ci ildə Bakıda ilk dəfə “Məhəbbət əfsanəsi” baleti səhnəyə qoyulanda mənim 16 yaşım var idi. O zaman bütün məşqlərdə iştirak etmişdim. Bu balet böyük uğur qazandı və demək olar bütün ölkələrdə nümayiş olundu. Heydər Əliyev Fonduna və Mədəniyyət Nazirliyinə çox minnətdaram ki, illər sonra bu tamaşa yenidən Bakıda nümayiş olundu”.

Sonra tamaşaçılara “Məhəbbət əfsanəsi” baleti təqdim edilib.

Səhnədə şahzadə Məhmənəbanunu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı, Prezident mükafatçısı Ayan Eyvazova, Fərhadı Rusiyanın məşhur Böyük Teatrının premyeri, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Denis Rodkin, Şirini isə Böyük Teatrın aparıcı solisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Mariya Vinoqradova ifa ediblər.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, Xalq artisti Yusif Eyvazov səhnə əsəri haqqında fikirlərini jurnalistlərlə bölüşüb: “Bu gün bizim üçün tarixi bir gündür. Belə bir tədbirin təşkilinə görə Heydər Əliyev Fonduna təşəkkürümü bildirirəm. Azərbaycan mədəniyyətinə verdikləri dəstəyə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdaram. Əminəm ki, unudulmuş bir əsərin yerli truppamızın iştirakı ilə Azərbaycan səhnəsinə qayıdışı sonuncu olmayacaq”.

Arif Məlikov “Məhəbbət əfsanəsi” baletini tanınmış türk şairi Nazim Hikmətin “Fərhad və Şirin” dramı əsasında yazdığı librettoya bəstələyib. Nazim Hikmət isə əsəri görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasından ilhamlanaraq qələmə alıb. Arif Məlikov faciəli sevgi və fədakarlıqdan bəhs edən əsərə musiqi şəklində yeni həyat qazandırıb. Bəstəkar 3 pərdə, 7 şəkildən ibarət əsər üzərində 1958-ci ildən işləməyə başlayıb və onu iki ilə bitirib.

“Məhəbbət əfsanəsi” baletinin premyerası 1961-ci il martın 23-də Leninqrad Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrı), bir qədər sonra isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində keçirilib. Haqlı olaraq şedevr adlandırılan bu baletin quruluşçu rejissoru Yuri Qriqoroviçdir. Bakı premyerası isə Qriqoroviçin köməkçiləri baletmeyster-rejissor Oksana Tsvetnitskayanın və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş baletmeysteri, Rusiyanın Əməkdar artisti Ruslan Proninin quruluşunda təqdim edilir. Əsər ilk dəfə səhnəyə qoyulanda dirijoru maestro Niyazi olub. Heydər Əliyev Sarayında isə “Məhəbbət əfsanəsi”nin əsrarəngiz musiqisi Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğunda Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında təqdim edilib.

“Məhəbbət əfsanəsi” baleti bu günədək müxtəlif ölkələrin 60-dan çox teatrında dəfələrlə görkəmli baletmeysterlərin quruluşunda oynanılıb. Səhnə əsəri ABŞ, Almaniya, Avstriya, Bolqarıstan, Böyük Britaniya, Braziliya, Çexiya, Estoniya, Finlandiya, Fransa, İtaliya, Qazaxıstan, Misir, Özbəkistan, Polşa, Rumıniya, Slovakiya, Türkiyə, Ukrayna, Yaponiya və digər ölkələrdə rəğbətlə qarşılanıb.

Tamaşanın dirijoru, Xalq artisti Yalçın Adıgözəlov səhnə əsəri ilə bağlı təəssüratını bölüşərək bildirib ki, bu gün belə bir möhtəşəm səhnədə Üzeyir Hacıbəyli adına XV Beynəlxalq Musiqi Festivalının açılışı oldu. “Uzun illər bu hadisənin arzusunda idik. Təəssüf olsun ki, bu gün Arif müəllim aramızda deyil, amma əminəm, onun ruhu şaddır. Bu dünyaşöhrətli əsər bundan sonra bizim səhnəmizdə daim yaşayacaq.

Bu gün burada çox böyük bir heyət - 500-ə yaxın sənətkar çalışdı. Bizim fəxr edəcək bir çox əsərlərimiz var, amma “Məhəbbət əfsanəsi” bütün dünyanı fəth edib. Bu gün hamı üçün həyəcanlı, məsuliyyətli bir gün, eyni zamanda, böyük bir bayram oldu”, - deyə Xalq artisti vurğulayıb.

Səhnə əsərinin quruluşçu baletmeysterləri Yuri Qriqoroviçin assistentləri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş baletmeysteri Ruslan Pronin və Oksana Tsvetnitskaya “Məhəbbət əfsanəsi” baletinin ilk dəfə Rusiyada səhnəyə qoyulduğunu və 1961-ci ildə Leninqrad Teatrında baş tutan ilk tamaşa ilə Azərbaycan arasındakı əlaqəni vurğulayaraq dedilər: “Məhz buna görə də həm Azərbaycan, həm də Rusiya balet rəqqasları ilə işləmək ideyası yarandı. Bu, həmçinin qarşılıqlı təcrübə mübadiləsi üçün mühüm imkandır”.

Tamaşanın əsas rollarının ifaçıları Rusiyanın məşhur Böyük Teatrının premyeri, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Denis Rodkin və Böyük Teatrın aparıcı solisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Mariya Vinoqradova jurnalistlərə müsahibələrində səhnə əsəri ilə bağlı fikirlərlə bölüşüblər. “Tamaşa çox yaxşı keçdi. Şadam ki, Denislə Bakıya gəldim, bu möhtəşəm tamaşanın premyerasını rəqs etdim”, - deyə Mariya Vinoqradova qeyd edib.

Bakıya səfər etməsindən məmnunluğunu bildirən Denis Rodkin isə qeyd edib: “Bakıda olmaq mənim üçün çox xoşdur. Çünki bura görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun Vətənidir. 2014-cü ildə Yuri Qriqoroviç "Məhəbbət əfsanəsi"nin yeni redaksiyası üzərində çalışarkən onunla şəxsən işləmək şansım oldu. Onu da qeyd etmək istərdim ki, Bakıda orkestr fərqli səslənir. Çünki doğma divarlar arasında səslənir. Azərbaycan tamaşaçısı çıxışımızı yüksək qiymətləndirdi”.

Qeyd edək ki, Arif Məlikovun şah əsəri olan “Məhəbbət əfsanəsi”nin “Heydər Əliyev İli”ndə təqdim olunması təsadüfi deyil. 2023-cü il dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü, görkəmli bəstəkar Arif Məlikovun isə 90 illik yubileyidir. Ümummilli Lider Heydər Əliyev görkəmli bəstəkar Arif Məlikovu bir sənətkar və insan kimi yüksək dəyərləndirirdi. Arif Məlikov isə Ümummilli Lider Heydər Əliyevə sevgi və ehtiramını öz yaradıcılığında da əks etdirib və bəstəkarın “Əbədiyyət” adlı 8-ci simfoniyası Ulu Öndərə ithaf olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Beynəlxalq elmi simpoziumda Azərbaycanın güləş platforması yüksək qiymətləndirilib

Şirvanda beynəlxalq şahmat festivalına yekun vurulub

Fərid Cəfərov: Süni intellektin təsirlərini nəzərə alaraq əməkdaşlıq gücləndirilməlidir

Müşavir: Almaniya iş adamları Azərbaycan ilə əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirməkdə maraqlıdırlar

Darla Deardorff: Mədəniyyətlərarası səriştə gündəlik həyatımızın bir hissəsi olmalıdır

Azərbaycanda süni intellekt üzrə milli dil modelləri hazırlanır

Migel Anxel Moratinos: Əsas məqsədimiz təşəbbüsləri birgə həyata keçirmək və əməkdaşlığı gücləndirməkdir

Nazir müavini: Azərbaycanda 25 mindən çox dövlət qulluqçusunun rəqəmsal bacarıqları artırılacaq

AZCON Holding-in IE Universiteti ilə birgə həyata keçirdiyi “Global Senior Management” proqramı uğurla yekunlaşıb

Yengicə su anbarının tikintisi davam edir

Konqoda Ebola virusuna yoluxanların sayı 10 mini ötüb

VII Dialoq Forumu: Beynəlxalq təşkilatların və nazirlərin xüsusi birgə sessiyası işə başlayıb

Ekspert: İnklüziv təhsil şagirdin sinifdə olmasından daha geniş məna daşıyır - MÜSAHİBƏ

Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun xatirəsi anılıb

Qazaxıstan yerli dron istehsalını genişləndirəcək

Bakı Kitab Sərgisində yeni nəşr: “Mirzə Qədim İrəvani: Zamanların qovşağında”

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

Gələn ildən Şimal Dəniz Marşrutu ilə ilboyu yük daşımalarına başlanması gözlənilir

Sabah bəzi yerlərdə yağış yağacaq

Özbəkistanda xərçəngin erkən aşkarlanmasına 59 milyon dollar vəsait ayrılacaq

Dialoq mövcud problemlərin həlli üçün zəruri olan anlaşma mühiti yaradır ŞƏRH

Rəqəmsal gələcək və süni intellekt: VII Dialoq Forumunda plenar iclas

® “Rabitəbank” “Rabita Junior”un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Xarici diplomatik heyət üzvlərinə qeydiyyat vəsiqəsi veriləcək

Almaniyada avtomobil bir qrup insanın üzərinə sürülüb, xəsarət alanlar var

Gənclər Kitabxanası kitab sərgisi çərçivəsində “Süni intellekt və kitabxana: yeni nəsil təqdimatlar” adlı tədbir təşkil edib

Sudanda PUA hücumları nəticəsində 21 nəfər ölüb, 40-dan çox insan yaralanıb

UNESCO rəsmisi: Davamlı sülh cəmiyyətlərdə qərəzlərin aradan qaldırılmasından və uşaqların təhsilindən başlayır

Oktyabr Hörmüzdə ticarət gəmilərinə hücumların sayına görə son 9 ildə ən çətin dövr olub

“Qarabağ” Futbol Akademiyasının direktoru: Daha cəsarətli oynamalı, topladığımız təcrübəni nəticəyə çevirməliyik

Azərbaycan-Niderland əlaqələrinin inkişafı ölkəmizin Aİ ilə münasibətlərinin strateji önəmini gücləndirir – ŞƏRH

Baş katib: Azərbaycan “Bakı Prosesi” vasitəsilə ölkələri və mədəniyyətləri bir araya gətirir

Adambaşına maliyyələşmə mexanizmi təhsilin keyfiyyətinə müsbət təsir göstərə bilər - ekspert

Gecə saatlarında əməliyyat – “zərərçəkənlər” xilas olundu VİDEO

Gecə saatlarında əməliyyat – “zərərçəkənlər” xilas olundu VİDEO

Hidayət Heydərov çəki dərəcəsini dəyişməyəcək

Hesablama Palatasının sədri Vyetnamda beynəlxalq konfransda çıxış edib

Sudan hökuməti ölkədə aclıq təhlükəsi barədə xəbərdarlıqlara münasibət bildirib

Komitə rəsmisi: Üç rayonda yeni Ailə Mərkəzinin yaradılması istiqamətində işlər aparılır

Tbilisi Mərkəzi Dəmir Yolu Vağzalı əsaslı təmir olunur

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 oktyabr

Hörmüz böhranı istehlakçılara əlavə 468 milyard dollara başa gəlib

Şərurda 14 min tonluq 32 soyuducu anbar tam dolub – itkisiz tədarük VİDEO

Şərurda 14 min tonluq 32 soyuducu anbar tam dolub – itkisiz tədarük VİDEO

Qədim süxurlarda zəlzələlərin sunaminin yaranmasına təsirini göstərən izlər aşkarlanıb

ICESCO-nun Baş direktoru: “Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb

BMT rəsmisi: Dini və mədəni obyektlərin qorunması dinc birgəyaşayış üçün böyük əhəmiyyət daşıyır

Qərbi Azərbaycan folkloruna həsr olunmuş elmi konfransın materialları nəşr edilib

Azərbaycanda kibertəhlükəsizlik üzrə ixtisaslı yerli mütəxəssislər hazırlanacaq

Ağdam Sənaye Parkında yem istehsalı müəssisəsi yaradılacaq

Bağçalarda yeni inkişafetdirici layihə: “Yaradaq, quraq!”

Bankların kredit portfeli 33,7 milyard manata çatır

Sentyabrda bankların cəmi aktivləri 1,8 faiz artıb

Saçını düzləşdirən qadın xəstəxanalıq olub

Qazaxda kişi meyiti tapılıb

Daha iki Sosial Xidmət Mərkəzi istifadəyə verilib

Mütəxəssis: Sosial dəstək ailələrin problemləri müstəqil həll etmək bacarıqlarını gücləndirir

Borcluların qiymətli kağızlarına tələbin yönəldilməsi qaydası dəyişir

Vətən müharibəsi şəhidi Ruslan Binnətovun ailəsi ziyarət edilib

Bankomat və POS-terminalların sayı azalıb

ADAU-da tələbələrin I Beynəlxalq mədəniyyət festivalından FOTOLAR VİDEO

ADAU-da tələbələrin I Beynəlxalq mədəniyyət festivalından FOTOLAR VİDEO

Misir Prezidenti rusiyalı həmkarı ilə ticarət və ərzaq təhlükəsizliyi məsələlərini müzakirə edəcək

Bank sektorunun xarici öhdəlikləri azalıb

“Gəncə” basketbol klubunun yeni baş məşqçisi bəlli olub

İki dahi sənətkarın ortaq ədəbi-fəlsəfi irsi bir arada: yeni elmi toplu çap olunub

Naxçıvanda “mygov” platforması üzərindən vətəndaşların birbaşa müraciət imkanı təmin edilib

Rusiyanın Bryansk vilayətinə dron hücumu nəticəsində ölən və yaralananlar var

Təhlükəli malların bazardan geri çağırılması və məhv edilməsi qaydaları müəyyənləşir

Məhkəmədən mühüm qərar: Barışıq olan yerdə azadlıq mümkündür

Fiziki şəxslərin əmanətlərinin 71,4 faizi milli valyutadadır

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Tatev məbədi

İƏT-in Baş katibi: Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib

Azərbaycan-Almaniya Biznes Şurasının təsis iclası keçiriləcək

Prezident İlham Əliyev: Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq VİDEO

Prezident İlham Əliyev: Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq VİDEO

Bakıda 48,7 kilometrlik yenilənmə: 95 küçə və prospektdə təmir yekunlaşıb

Sentyabrda kartlar vasitəsilə aparılan ölkədaxili nağdsız ödənişlərin həcmi açıqlanıb

Dövriyyədə olan ödəniş kartlarının sayı artıb

Milli Məclisdə 12 məsələnin müzakirəsinə başlanılıb

Almaniya şirkəti: Azərbaycandakı istehsalçılara xarici məhsullardan asılılığın aradan qaldırılması istiqamətində yardım göstəririk

Azərbaycan Prezidenti: Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb VİDEO

Azərbaycan Prezidenti: Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb VİDEO

® “Gamesummit” və “OMNI AI Summit” 4000-dən çox ziyarətçini ətrafında toplayıb

Qətərdən qaz tədarükünün dayandırılması Pakistanı alternativ mənbələr axtarmağa vadar edib

Yaponiya sosial medianın təsiri nəticəsində artan cinayətkarlıqla mübarizə aparır

Prezident: Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür VİDEO

Prezident: Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür VİDEO

Bakıda yeni park salınır

ABŞ FTB-nin sabiq direktoru məxfi məlumatları mediaya sızdırmaqda ittiham olunur

Prezident İlham Əliyev: Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir VİDEO

Prezident İlham Əliyev: Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir VİDEO

Bakı Kitab Sərgisində yeni təşəbbüs: “Dostluq” klubu və “Səyyar kitabxanam” VİDEO

Bakı Kitab Sərgisində yeni təşəbbüs: “Dostluq” klubu və “Səyyar kitabxanam” VİDEO

İRİA: 2030-cu ilədək əhalinin rəqəmsal savadlılığının 70 faizə çatdırılması hədəflənir

Migel Anxel Moratinos: Bakı Prosesi müxtəlif maraqlı tərəfləri bir araya gətirib

TAU-da seminar: Oksford və Bilkent məzunu təcrübəsini tələbələrlə bölüşüb

Tələbələr arasında antinarkotik təbliğatı gücləndirilir

Azərbaycanın beş cüdoçusu Asiya Kubokunda mübarizə aparacaq

Nazir müşaviri: Yeni texnologiyalar işçi qüvvəsinin bacarıqlarına dair tələbləri dəyişdirir

Prezident: Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil VİDEO

Prezident: Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil VİDEO

Mədəni və yaradıcı sənayelərdə biznesə dəstək – sonuncu panel sessiya

Mombasada Azərbaycan-Keniya əlaqələrinin inkişafından danışılıb

Azərbaycan Prezidenti: İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır VİDEO

Azərbaycan Prezidenti: İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır VİDEO

İcraçı direktor: Azərbaycanda iqtisadi şaxələndirmə prioritet hesab edilir

Mədəni sahibkarlıq və “yumşaq güc”: VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda növbəti panel

BMT Baş katibinin müavini: Forumun mövzusu müasir reallığı tam əks etdirir