Heydər Əliyev Sarayının kollektivi Ümummilli Liderin xatirəsini yad edib
Bakı, 10 may, AZƏRTAC
Müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Heydər Əliyev Sarayının rəhbərliyi və kollektivi mayın 10-da Fəxri xiyabana gələrək Ümummilli Liderin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Heydər Əliyev Sarayından AZƏRTAC-a bildirilib ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.