HEYDƏR ƏLİYEVİN DOĞUM GÜNÜ ŞƏRƏFİNƏ QARADAĞ RAYONUNDA SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLƏCƏKDİR
YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov toplantını açaraq, ulu öndərimizin xilaskarlıq missiyasından, xalqımız qarşısında misilsiz tarixi xidmətlərindən danışmışdır.
Rayon icra hakimiyyətinin başçısı Hüseyn İsrafilov rayonda görüləcək işlər, keçiriləcək mərasimlər barədə məlumat verərək demişdir ki, Heydər Əliyevin doğum günü ərəfəsində böyük bir sahəni əhatə edən park istifadəyə veriləcək, bir sıra abadlıq işləri görüləcək, rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə iməciliklər və digər əhəmiyyətli tədbirlər keçiriləcəkdir. Tədbirlərin yekunu olaraq, Qobustan qoruğunda “Heydər Əliyevin tariximizə qayğısı” mövzusunda elmi-praktik konfrans təşkil olunacaqdır. Konfransda görkəmli tarixçi alimlərimiz və digər nüfuzlu ziyalılar iştirak edəcəklər.
Çıxışlarda dəfələrlə qeyd olunmuşdur ki, Azərbaycanın dövlət müstəqilliyi ulu öndərimiz Heydər Əliyevin əbədiyaşar adı ilə bağlıdır. Qədirbilən xalqımız dahi rəhbərimizin uzaqgörən siyasətini həmişə yüksək qiymətləndirmişdir. Ulu öndərimizin doğum günü münasibətilə keçirilən mərasimlər, iməciliklər və digər tədbirlər Heydər Əliyevə tükənməz xalq sevgisinin təcəssümüdür.
Sonda toplantı iştirakçıları rayon mərkəzində keçirilən iməcilikdə iştirak etmişlər.