Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu

Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu

Bakı, 15 iyun, AZƏRTAC

Ulu öndər Heydər Əliyevi dahi şəxsiyyətlər, dövlət xadimləri arasında çox vaxt ABŞ-ın dövlət idarəçiliyi və dövlət quruculuğunda fərqlənən unudulmaz lideri, dahi dövlət xadimi Avraam Linkoln ilə müqayisə edirlər. Avraam Linkoln ABŞ-ın iki hissəyə parçalanması və vətəndaş müharibəsi dövründə ölkəyə rəhbərliyi ilə fərqlənmişdir. Vətəndaş müharibəsi zamanı ölkədə güclü qarşıdurma olmasına baxmayaraq, dahi liderin möhkəm iradəsi və inanılmaz cəsarəti ilə ABŞ parçalanmaqdan xilas olmuşdur. O, dövləti bütöv şəkildə qoruyub saxlamış və quldarlığın ləğvini təmin etməyi bacarmışdır.

Azərbaycanda oxşar dövr müstəqilliyin ilk illərində, yəni, 1991-1993-cü illərdə baş vermişdir. 1990-cı illərin əvvəlində sosialist cəmiyyətinin siyasi quruluşu dərin tənəzzülə uğradı, Sovetlər İttifaqının çökməsi bütün postsovet ölkələrinə öz təsirini göstərdi, siyasi xaos yarandı, iqtisadiyyatın iflic vəziyyətinə düşməsi Azərbaycanı çıxılmaz vəziyyətə saldı. Vəziyyətin dərinləşməsi Azərbaycana hərbi müdaxilə ilə nəticələndi, ərazisinin 20 faizi işğal edildi, erməni təcavüzü nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvalarından didərgin düşdü, erməni millətçi qəsbkarlarının soyqırımı törətməsinin nəticəsi olaraq azərbaycanlılar öz doğma vətənlərində qəddarcasına qətlə yetirildi. Həmin dövr siyasi hakimiyyət boşluğu və dövlətin əsaslarının, ordu və dövlət təhlükəsizliyi orqanları da daxil olmaqla, dövlətin bütün təsisatlarının boşluğu ilə səciyyələnirdi. Ermənistanın ilhaqçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti daha da gərginləşdirirdi. Ölkəmiz bir yandan vətəndaş müharibəsinin eşiyində, hakimiyyət uğrunda gedən mübarizə və səriştəsiz siyasətçilərin şəxsi maraqları naminə çəkişmə meydanına çevrilmiş, digər yandan isə ölkə ərazisi işğal edilməkdə idi. Vətənin bu ağır dövründə Heydər Əliyev yüksək idarəçilik təcrübəsini nümayiş etdirərək ölkəni vətəndaş müharibəsindən, böyük itkilərdən, qardaş qanının axmasından qorudu və ən əsası, Azərbaycan dövlətini və dövlətçiliyini parçalanmaqdan xilas etdi. Heydər Əliyev Azərbaycan dövlətini və dövlətçiliyini bir bütün olaraq saxlamağı bacardı və onun davamlı, dayanıqlı inkişaf strategiyasının təməlini qoydu.

Bu fikirləri AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Davamlı inkişafın planlaşdırılması və idarə edilməsi kafedrasının müdir əvəzi, dosent, iqtisad elmləri üzrə fəlsəfə doktoru Elşan Əhmədov deyib.

Elşan Əhmədov bildirib ki, əslində dövlətin bütünlüyünə və davamlı inkişafına nail olmaq asan olmamışdır. Hələ XX əsrin 70-ci və 80-ci illərinin əvvəlində Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə istehsal, elm və kadr potensialı inkişaf etdirildi, respublika və region üçün böyük iqtisadi inkişafın təməli qoyuldu. Azərbaycan əhalisi SSSR əhalisinin 2,5 faizini təşkil etməsinə baxmayaraq, sənaye məhsullarının istehsalında ölkə ilk yerlərdən birini tuturdu. Belə ki, 80-ci illərin əvvəllərində neft avadanlığı istehsalının 70 faizi, dərin özüllü nasosların 100 faizi, elektrik qaynaq aparatlarının 10,5 faizi , kauçuk sodasının 7,8 faizi, şərab və şərab məhsullarının üçdəbir hissəsi, məişət kondisionerlərinin 100 faizi, soyuducuların 5,7 faizi, pambıq ipliklərinin 9,6 faizi, ipək xammalının 11,7 faizi Azərbaycanın payına düşürdü. Bütün bunlar dahi şəxsiyyətin peşəkar idarəçiliyi nəticəsində qısa zamanda Azərbaycanın Sovet Sosialist ölkələri sırasında qabaqcıl sənaye və inkişaf etmiş ölkələr siyahısına daxil olmasını təmin etmişdi. Bütün bunlar bir daha onu göstərir ki, Ümummilli Lider dünya miqyaslı dövlət xadimi idi və o, böyük geosiyasi və geoiqtisadi ərazidə illərcə topladığı idarəetmə təcrübəsini özünə xas olan keyfiyyətlə Vətənin çətin vəziyyətində onun parçalanmaqdan qorunmasına və xilasına həsr etmişdir. Ümummilli Liderin Moskvada istefa verdikdən sonra 1991-1993-cü illərdə öncə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi bu diyarın xilası yolunda fədakarlıq nümunələri göstərməsi və daha sonra xalqın təkidli tələbləri ilə 1993-cü il iyunun 15-də hakimiyyətə qayıtması (Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi) həyatını xalqa həsr etmək qərarının nəticəsi idi. Ümummilli Lider Vətənin ağır və yaralı anında xalqın yanında olmağa, dövlət quruculuğuna yenidən başlamağa, dövlətçilik naminə mübarizə aparmağa üstünlük verdi və Azərbaycanın gələcək müqəddəratını və strategiyasını müəyyən etdi. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.

Heydər Əliyev Azərbaycan üçün çətin olan həmin dövrdə iqtisadi inkişaf siyasətini müəyyən etdi. Həmin dönəmdə iki variantdan birini seçmək kimi qarşısında məsul vəzifə dururdu: ya 15-20 il ölkənin iqtisadi-maliyyə vəziyyətinin neft emalı üçün münasibliyini gözləmək, ya da bu sahədə səriştəli beynəlxalq neft kompaniyalarının ölkəyə dəvət edilməsini təmin etmək. Azərbaycanın Ümummilli Lideri qısa zamanda yeni neft strategiyasının işlənib hazırlanması və beynəlxalq neft şirkətlərinin respublikaya dəvət edilməsi üçün qərar qəbul etdi. Heydər Əliyev ölkənin iqtisadi cəhətdən inkişaf etdirilməsi istiqamətində mühüm qərarlar qəbul etdi. İlk günlərdən Azərbaycan Dövlət Neft Şirkətinin o dövrdə vitse-prezidenti olan cənab İlham Əliyev danışıqlar mərhələsinə cəlb edildi və bu inkişaf mərhələsində fəal iştirak etməklə onun uğurla həyata keçməsində böyük rol oynadı.

Beləliklə, iqtisadi siyasətin mühüm istiqaməti olan yeni neft strategiyasının təməli Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş oldu. Bakının Gülüstan sarayında 1994-cü ildə bağlanan beynəlxalq neft müqaviləsinin mühüm əhəmiyyətə malik olması nəzərə alınaraq, həmin müqavilə “Əsrin müqaviləsi” adlandırıldı. “Əsrin müqaviləsi”ndə 8 ölkədən (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya, Səudiyyə Ərəbistanı) 13 beynəlxalq şirkət iştirak etmişdir. Bu müqavilənin imzalanması əlavə 19 ölkədən 41 neft şirkəti olmaqla 26 müqavilənin bağlanmasına səbəb olmuşdur. Bağlanmış müqavilənin şərtlərinə əsasən, əvvəlcə neft-qaz sənayesinə 65 milyard ABŞ dolları həcmində investisiyanın qoyulmasına razılıq əldə edilmişdir. Ümumilikdə 1994-2014-cü illər ərzində Azərbaycanın neft sektoruna 100 milyard ABŞ dolları həcmində investisiya qoyulmuşdur ki, bu da neft-kimya sənayesinin inkişafına, Azərbaycan neftinin dünya bazarına müstəqil nəql olunması üçün neft kəmərlərinin çəkilməsinə, neft gəlirlərinin gələcək nəsil üçün toplanmasına və indiki sosial layihələrin həyata keçirilməsinə, yeni texnika və texnologiyaların tətbiqinə və xüsusilə yeni neft yataqlarının kəşf edilməsi, işlənilməsi, qazılmasına yönəldilmişdir. Bu hadisə Azərbaycan Respublikasının ümumi iqtisadi inkişafında strateji xətt olmaqla yanaşı, ölkənin inkişafında mühüm rol oynayır və dünya miqyasında əhəmiyyətli mövqeyini yüksəldir. “Əsrin müqaviləsi” Azərbaycanda sosial siyasətin miqyasının genişlənməsinə səbəb oldu, daxil olan böyük məbləğdə pul vəsaiti Azərbaycanın tənəzzül və xaosdan qurtulmasına imkan verdi.

Heydər Əliyev Azərbaycanın gələcək inkişafı haqqında deyirdi ki, mən Azərbaycanın iqtisadiyyatında dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Bu, dövlət siyasətimizin əsas prinsipləridir.

Heydər Əliyev öz çıxışlarında bildirirdi ki, Azərbaycanın bütün dövlətlərlə gərək bərabərhüquqlu əlaqəsi olsun. Heydər Əliyev Azərbaycanın inkişaf strategiyasını qurarkən multikulturalizmin əhəmiyyətini ortaya qoyurdu. Burada ölkənin ümumi mədəniyyəti ayrı-ayrı xalqların mədəniyyətinin birliyi kimi götürülür və heç bir mədəniyyət üçün məhdudiyyət sərhədi yoxdur. Bu siyasət Heydər Əliyev siyasətinin davamçısı prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident qeyd edib ki, multikulturalizm nisbətən yeni məfhum olmasına baxmayaraq, o əsrlərboyu Azərbaycan xalqına xas xüsusiyyət olmuşdur. Müxtəlif dinlərin və millətlərin nümayəndələri əsrlərboyu Azərbaycanda bir ailə kimi yaşamışdır. Heydər Əliyev Azərbaycanın inkişafına strateji çərçivədə baxırdı. O, iqtisadi inkişafda dövlət siyasətini müəyyən edərkən strateji yol xətti çəkirdi. İnkişafı təmin etmək üçün, ilk növbədə, hüquqi normativ bazanı formalaşdırırdı. Zəngin dövlətçilik təcrübəsinə malik olan böyük strateq Heydər Əliyev hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi. Heydər Əliyev Azərbaycanda demokratik dövlət quruluşunun bərqərar olmasını yeni Konstitusiyanın qəbulu ilə sıx bağlayırdı. Beləliklə, Heydər Əliyev Azərbaycan Respublikasında hüquq sistemində köklü islahatlar aparmış və sosial-iqtisadi, ekoloji inkişafın sürətləndirilməsinə nail olmuşdur. Müstəqillikdən bəri Azərbaycanın iqtisadi inkişafı üç əsas mərhələyə ayrıla bilər. Birincisi, 1991-1995-ci illəri əhatə edən xaos və tənəzzül dövrü. İkincisi, 1996-2004-cü illəri əhatə edən makroiqtisadi sabitlik və iqtisadiyyatın dinamik inkişaf dövrü. Üçüncüsü, 2005-2017-ci illəri əhatə edən Azərbaycan regionlarının inkişaf dövrü və dördüncü dövr 2018-2030-cu illəri əhatə edən Azərbaycanın davamlı, inklüziv inkişaf dövrü. Görüldüyü kimi, Azərbaycan Respublikası müstəqillik illərində işğala məruz qalmasına baxmayaraq, köklü iqtisadi inkişaf mərhələsini qət etmişdir. Beləliklə, davamlı və inklüziv inkişaf mərhələsinin təməlini ulu öndər Heydər Əliyev öz islahatlar strategiyasında müəyyən etmişdir. Bu gün artıq Azərbaycan Respublikası davamlı, inklüziv və müqavimətli inkişaf mərhələsindədir. Həmin mərhələ Azərbaycan Respublikasının 2018-2030-cu illərdə davamlı, inklüziv və müqavimətli inkişafını nəzərdə tutur. Həmin inkişaf strategiyası Azərbaycanın inkişaf etmiş ölkələr siyahısında qərarlaşmasını nəzərdə tutur. Bu inkişaf mərhələsi sosial-iqtisadi, siyasi, ekoloji və ictimai institutların əlaqəli və çevik idarəetmə uğuruna əsaslanır. Həmin institutların idarəetmə dinamika və dizaynındakı dəyişmə çərçivəsi həm qlobal, həm də daxili çağırışlara cavab verməlidir. Bu tip idarəetmə xüsusən adaptiv və yaxşı idarəetməyə xasdır. Onlar, eyni zamanda, idarəetmənin komplimentar, sinergetik və kompensasion texnologiyalarıdır. Müasir dönəmdə ölkəmiz üçün qarşıda dayanan çağırışlar isə əsasən müharibə və miqrasiya prosesləri, qaçqın və məcburi köçkünlərin geri qayıtması, texnoloji geriləmə və bərabərsizliklə səciyyələnən inkişaf, resursların səmərəli idarə edilməsi, daşqın və digər fəlakət risklərinin idarə edilməsi, su, enerji, kənd təsərrüfatı, turizm sahələrinin əlaqəli inkişaf strategiyalarını əhatə edir. Eyni zamanda, insan inkişafı və insan resurslarının davamlı idarə edilməsi, elmi nailiyyətlər və yeni texnologiyaların ölkə daxilində əldə edilməsi və lisenziyalaşdırılması, onların xaricə ixrac edilməsi və bundan əldə edilən büdcə daxilolmaları, sosial rifah və yüksək gəlir mənbələri dövlət və insan inkişafında çox yüksək nailiyyətlər əldə etmiş ölkələrlə birgə siyahıda olmaq üçün üzərində işlənməli əsas istiqamətləri əhatə etməkdədir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Qurtuluş Günü Azərbaycan dövlətçilik tarixinin ən mühüm və dönüş yaradan səhifələrindən biridir - ŞƏRH

Milli Kitabxanada “15 iyun – Milli Qurtuluş Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olunub

Qəbələdə 15 iyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib

Moldovanın Parlamentinin üzvü: Azərbaycan regionda yeni iqtisadi əsaslar formalaşdırır

Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO

Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO

Sayavonq Bounyadet: Laos və Azərbaycan arasında əməkdaşlıq qlobal inkişafın təşviqinə xidmət edir

Aktam Xaitov: Ölkələrimiz arasında münasibətlər daha yüksək mərhələyə qalxıb

Milli Qurtuluşdan tarixi Zəfərə gedən yol VİDEO

Milli Qurtuluşdan tarixi Zəfərə gedən yol VİDEO

15 iyun Azərbaycan xalqının dövlətçilik iradəsinin və dövlət quruculuğu strategiyasının təntənəsini ifadə edən tarixi gündür

Oğuzda yol qəzası baş verib, ailə üzvləri xəsarət alıb

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri nəzərdə tutulur

Səfir Qurbanməmmet Elyasov: Qarabağda çox böyük işlər görülüb

İncəsənət məktəbləri və mərkəzlərində ilk dəfə mərkəzləşdirilmiş buraxılış imtahanları keçirilir

Tahir Budaqov: Şuşa Bəyannaməsi Milli Qurtuluş Gününün formalaşdırdığı müstəqil dövlətçilik ideyalarının məntiqi davamıdır

Prezident: Ölkəmiz regionda davamlı sülh və sabitlik mühitinin yaradılması istiqamətində qətiyyətli siyasət həyata keçirir

Aydın Kərimov: İşğaldan azad olunmuş ərazilərdə 80 mindən çox insan yaşayır və çalışır

“Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına

Şuşada “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfrans

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

Kiyevə kütləvi raket zərbələri endirilib, ölənlər və xəsarət alanlar var – YENİLƏNİB-2

Böyük Qayıdışdan Qurtuluşa aparan yol

Dünya çempionatı: İsveç millisi dünya çempionatında ilk oyununa inamlı qələbə ilə başlayıb

NYT: Əraqçi və Qalibaf ABŞ ilə müqavilə imzalamaq üçün Cenevrəyə gedəcəklər

Milli Qurtuluş Günü: Azərbaycanın sabitlikdən Zəfərə uzanan inkişaf yolunun başlanğıcı

15 İyun - Müasir Azərbaycanın xilası və böyük inkişaf yolunun başlanğıcı

Ekspert: Təəssüf ki, tərəqqi və müasir texnologiyalar ömrümüzü uzatmır

İran və ABŞ memorandum imzaladıqdan sonra danışıqlar üçün 2 ay vaxt ayıracaqlar

Xarkova hava hücumu zamanı azı 5 nəfər ölüb

Dünya çempionatı: Fildişi Sahili millisi qalib gəlib

Vens: ABŞ-İran sazişi Yaxın Şərqi növbəti 50 ildə dəyişə bilər

İran xarici işlər nazirinin müavini ABŞ ilə əldə olunmuş razılaşmanı təsdiqləyib

ABŞ Prezidenti İsveçrədə İranla sazişin imzalanması mərasimində şəxsən iştirak edə bilər

Tramp: Bu böyük saziş bütün regiona sülh və təhlükəsizlik gətirəcək

BMT Baş katibi sülh razılaşmasına görə ABŞ və İranı təbrik edib

Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər

Tramp Hörmüz boğazının tam açıldığını və blokadanın aradan qaldırıldığını elan edib

ABŞ və İran sülh sazişi üzrə razılığa gəliblər, imzalanma iyunun 19-na təyin olunub

Konqoda “Ebola” virusundan ölənlərin sayı 180 nəfəri ötüb

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib VİDEO

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib VİDEO

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib

Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb

Diaz Ahmetjanov: Tatar xalqının milli “Sabantuy” bayramı İçərişəhərdə ilk dəfə təşkil edilir

Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp arasında telefon danışığı olub

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib