Azərbaycan Dövlət İnformasiya Agentliyi

Himnimizin 3-cü bəndi...

Himnimizin 3-cü bəndi...

Bakı, 24 dekabr, AZƏRTAC

İlham Əliyev xalqımız, dövlətimiz, tariximiz üçün kimdir? İlham Əliyev Azərbaycan tarixi və xalqı üçün kimdir? Onun milli yaddaşımızdakı yerini, siyasi tariximizdəki məqamını bir və ya bir neçə cümlə ilə necə ifadə etmək olar?

Təbii ki, müxtəlif mənbələri, fərqli mətnləri nəzərdən keçirmək mümkündür. Mövzu ilə bağlı hər kəsin öz versiyası ola bilər. Bu xüsusda, mənim ağlıma ilk gələn Dövlət Himnimizin 3-cü bəndidir. Üç misradır:

“Namusunu hifz etməyə,

Bayrağını yüksəltməyə

Cümlə gənclər müştaqdır...”.

Zənnimcə, elə Onun ən dəqiq, ən mükəmməl obrazı məhz budur.

Bu fikirlər “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Həsənoğlunun “Himnimizin 3-cü bəndi...” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edirik.

İlham Əliyev Himnimizdə təsbit olunmuş həmin missiyadır.

Həmin Gəncdir!

Həmin Oğuldur, Atadır!

Ali Əsgər, Ali Baş Komandan, Ali Rəhbərdir!

Başı dik, alnı açıq azərbaycanlı olmağımızın səbəbkarıdır...

Qələbənin qüruru fövqəladə bir duyğudur, - başı çəkməyən bilməz.

Yəqin ki, Vətən müharibəsinin xronikasını izləyənlər unutmayıblar. 44 gün ərzində Qərb mediasının təmsilçiləri bölgəyə tez-tez səfər edirdilər. Azərbaycan Prezidentindən müsahibə almaq üçün. Amma onların mətbuat nümayəndəsindən daha çox prokuror görkəmi vardı. Sanki hər birinin içində bir canavar oturmuşdu. Müsahibə almağa yox, Azərbaycanı parçalamağa gəlmişdilər elə bil. Almaniyanın ARD televiziya kanalının əməkdaşı daha ağıllı görünmək istəmişdi: “Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır?”

Azərbaycan Prezidenti ona cavab verməmişdi. Ona Dərs keçmişdi, əsl Ləyaqət dərsi. “Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik”.

Bu, həm də bir tarix dərsidir. Hamı üçün. O cümlədən bizim bəzi başabəla “milli” tarixçilərimiz üçün. Hansılar ki, 1918-ci ildə İrəvanın ermənilərə paytaxt kimi verilməsini resursların Bakıda olmasıyla “izah”edirlər. İrəvanın verilməyinə cidd-cəhdlə mənəvi, hüquqi-siyasi bəraət qazandırmağa çalışırlar. Guya harada resurslar yoxdur, oranı ermənilərə peşkəş etmək olar... Azərbaycan bu gün yenə dünyanın diqqət mərkəzindədir. Yenə media təmsilçiləri gəlir. Ancaq fərqli bir ovqatla, hirsdən, hikkədən, təkəbbürdən əsər-əlamət qalmayıb. Necə deyərlər, quzuya dönüblər. Suallarını verir, cavablarını alıb geri dönürlər.

1992-cil ildə “Vaşinqton post” qəzetində bir karikatura dərc edilmişdi. Məzmunu belə idi: ABŞ Dövlət katibinin köməkçisi bir məmurun hesabatını dinləyir. Əməkdaş ona Azərbaycan barədə məlumat verir. Həmin əməkdaş otağı tərk edəndən sonra köməkçi evdən ona zəng edən xanımından soruşur: “Əzizim, deyə bilməzsən, Azərbaycan nə ölkədir və harada yerləşir?”.

Bu günlərdə həmin karikaturanın nəşrindən 32 il keçmiş, Prezidentin mətbuat xidmətinin yaydığı məlumatda oxuyuruq: “ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan Prezidentinə zəng edib. Söhbət zamanı Blinken İlham Əliyevdən köməkçisi Obraynı qəbul etməyini xahiş etmişdir...”.

Haradan haraya gəlmişik! Bir il əvvəl “Yeni Azərbaycan” qəzeti “Xankəndinə, evimə dönmək istəyirəm” sözlərini və evinin ünvanını yazıb boynundan asmış bir azərbaycanlı xanımın fotosunu dərc edirdi.

Kədərli, ürkək və nigaran baxışları ilə. Bu gün Azərbaycan mətbuatı İlham Əliyevin Xankəndi şəhər stadionundakı çıxışını dərc edir... Prezidentin şəhid övladları ilə bir sırada əyləşib futbol matçını seyr etdiyi fotoları yayır...

Qarabağ ilk dəfədir ki, seçki həyəcanı yaşayır. Xocalıda, Xankəndidə seçki məntəqələri qurulub. Prezidentin dediyi kimi, biz artıq bölgəyə sülh gətirmişik. Sülhün rəmzləri olduğu kimi öz dadı, tamı, qoxusu da var. Minalardan təmizlənib əkin üçün şumlanmış torpaq sülhün ən gözəl fotosudur. Nobel sülh mükafatını haqq edən bir foto! Şumlanmış torpağın sehrli bir qoxusu olur. O, sülhün qoxusudur. O ətir, o qoxu Qarabağın havasından tüstü, barıt qoxusunu qovub çıxarır.

Bu yerdə Müşfiqi xatırlayıram. Mən onu “Əsir düşərgəsi” layihəsindən tanımışam. Jurnalist Vüsalə Məmmədovaya ağrılı-acılı hekayəsini danışmışdı. Müşfiq əslən Laçın rayonunun Qarabəyli kəndindəndir. Səkkiz uşaqlı bir ailədə anadan olub. Ermənilər anasını, kiçik qardaşını gözünün qabağında güllələyiblər. Müşfiq ayağından yaralanıb. Bacısı Yeganə ilə birlikdə ermənilərə əsir düşüb. Onun dediyi bir söz mənim hafizəmə güllə kimi sancılıb. Müşfiq deyir ki, güllə dəymiş insan ətinin xüsusi qoxusu olur... Güllə dəymiş insanın ətinin qoxusu... Qarabağın dağından, daşından, düzündən yamacından... və ciyərlərimizdən təmizlənir.

Və sülhün qoxusu dörd bir yana yayıldıqca makronların da əndişəsi artır. Çünki bakteriyalar laxtalanmış qanla qidalanırlar... Güllə dəymiş insan ətinin qoxusuyla nəfəs alırlar.

Bu il “Heydər Əliyev İli” idi. “Heydər Əliyev İli” təqvim üzrə bitir. Heydər Əliyev yolu isə davam edir. Heydər Əliyev əsri başlayır.

Dekabrın 7-də imzalanmış Sərəncama əsasən, 2024-cü il fevralın 7-də prezident seçkiləri keçiriləcək...

Dövlət Himnimizin 3-cü bəndi oxunanda - Namusunu hifz etməyə, Bayrağını yüksəltməyə... - içimizi bir xəcalət duyğusu göynədirdi. Düşünürdük, daşınırdıq. Kim hifz edəcək? Atasının gözü önündə döşləri kəsilən 11 yaşlı azərbaycanlı qızcığazın fəryadı qulaqlarımızda əks-səda verirdi. Erməni əsirliyində məşəqqətlər yaşamış yeganələrin, dürdanələrin iztirabı dil açırdı. Himnimiz yarımçıq idi. Təkrar-təkrar oxunsa da, axırda yarımçıq qalırdı. Tamamlana bilmirdi. Tamamlaya bilmirdik.

İlham Əliyev dövlət suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa etməklə bərabər, Dövlət Himnimizi də məzmunca tamamladı, bütövləşdirdi.

Azərbaycan xalqı 7 fevral prezident seçkisinə onun namusunu hifz edib Bayrağını yüksəldən bir Liderlə gedir. Qərar “Heydər Əliyev İli”ndə verilib, - bu o deməkdir ki, tariximizin daha yeni bir mərhələsi də Heydər Əliyevin xeyir-duası ilə başlayır. 2003-cü ildə olduğu kimi. 7 Heydər Əliyevin çox sevdiyi rəqəm idi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb