HİNDİSTAN HÖKUMƏTİ KOMİSSİYASININ HESABATI MÜSƏLMANLARIN ÖLKƏDƏ CİDDİ AYRI-SEÇKİLİYƏ MƏRUZ QALDIĞINI GÖSTƏRİR
Məsələn, Bihar, Uttar Pradeş və Qərbi Benqal ştatlarının 27 seçki dairəsində rəhbər vəzifələr “seçilmiş təbəqə”nin nümayəndələri üçün “ehtiyatda saxlanılmışdır”. Halbuki bu ştatların əhalisinin xeyli hissəsini müsəlmanlar təşkil edir. Komissiyanın üzvü, sosioloq T.K.Oommen demişdir ki, bu, Hindistanın qanunverici hakimiyyət orqanlarında təmsil olunmaq üçün müsəlmanlara açıq-aşkar əngəl törədildiyini göstərir. Tədqiqatın nəticələrinə görə, müsəlmanların əksəriyyət təşkil etdiyi bölgələrdə deputat mandatlarının “seçilmiş təbəqə” üçün “ehtiyatda saxlanılması” praktikasının davam etdirilməsi müsəlmanların ölkədəki siyasi prosesdən uzaqlaşdırılması ilə nəticələnəcəkdir.
Bundan əvvəl bildirilmişdi ki, komissiya orduda və polisdə müsəlmanların sayının olduğunu, xüsusi xidmət orqanlarında isə əslində heç təmsil edilmədiklərini müəyyənləşdirmişdir. Yeri gəlmişkən, müsəlmanlar Hindistan əhalisinin 12 faizini təşkil edir və bu ölkə müsəlman əhalisinin sayına görə dünyanın 3-cü dövləti sayılır.