HİNDİSTANDA 1000 OXUCUNUN HƏMMÜƏLLİFLİYİ İLƏ İNTERAKTİV ROMAN YAZILIR
AZƏRTAC xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, Hindistan yazıçları Anubxav Ceyn və Duxrub Bxuşan 1000-dən çox oxucunun iştirakı və köməyi ilə interaktiv roman yazmaq qərarına gəlmişlər. Bu qeyri-adi ideyanın müəllifləri nəticədə maraqlı bir romanın yaranacağına və onu ayrıca kitab kimi nəşr etdirə biləcəklərinə ümid bəsləyirlər.
24 yaşlı müəllif Anubxav Ceyn demişdir: “Romanın 70 faizi artıq yazılmışdır. Təxminən iki günə bir fəsli başa çatdırırıq”. Yazıçılar virtual oxucularına süjet xətti təklif etmişlər: 2028-ci ildə girov götürülmüş sahibkar baxımsız anbarda həyat barədə düşünür. Qalanını isə oxucular uydurmalıdırlar. Hər oxucu fikrini 300 işarə ilə ifadə etməlidir. Ceyn demişdir: “Ona görə belə etmişik ki, heç kim süjet xəttini dəyişib hadisələri istədiyi səmtə yönəltməsin”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]
XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır
- 10.06.2026 [15:47]
Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib
- 10.06.2026 [15:39]
Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün ekipaj həlak olub
- 10.06.2026 [15:09]
İsraildə xərçəngin böyüməsini ləngidən nanohissəciklər yaradılıb
- 10.06.2026 [14:57]