Hindistanda daşqın: 14 nəfər ölüb, 100-dən çox insan itkin düşüb
Bakı, 5 oktyabr, AZƏRTAC
Hindistanın şimal-şərqində qəfil yağan leysanın səbəb olduğu daşqınlar bir neçə şəhəri su altında qoyub.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, ilkin məlumata görə, təbii fəlakət nəticəsində azı 14 nəfər ölüb, daha 102 nəfər itkin düşüb. İtkin düşənlər arasında 22 hərbçinin də olduğu bildirilir.
Daşqınlar oktyabrın 4-də başlayıb. Təxliyə olunan 22 min nəfər 26 müvəqqəti sığınacaqda yerləşdirilib. Zərər çəkən 2 minə yaxın insan xilas edilib. Sel suları 11 körpünü dağıdıb, 270-dən çox evə ciddi ziyan vurub, regiondakı dörd rayonda məktəblər bağlanıb.
Hindistanın Baş naziri Narendra Modi mərkəzi hökumətin təbii fəlakətdən zərər çəkən bölgəyə lazımi yardım göstərəcəyini vəd edib.
Alimlər ölkədəki daşqınla oktyabrın 3-də Nepalda baş vermiş zəlzələ arasında mümkün əlaqəni araşdırırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [11:57]
Fransada liseylərdə etirazlar davam edir
- 02.10.2026 [11:35]
Pakistan Səudiyyə Ərəbistanını hər hansı hücumdan müdafiə etməyə hazırdır
- 02.10.2026 [11:15]
Astanada “AI & Digital Bridge – 2026” forumu keçirilir
- 02.10.2026 [10:36]
Filippində 7 mədənçinin qazsızma nəticəsində öldüyü ehtimal olunur
- 02.10.2026 [08:54]
“Raytheon” Pentaqona 24,4 milyard dollarlıq raket tədarük edəcək
- 02.10.2026 [08:12]
Qırğızıstanın ilk milli peyki orbitə buraxılıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
"ADEX 2026" davam edir
- [11:23]
Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub
- 01.10.2026 [23:51]
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb
- 01.10.2026 [23:23]
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
- 01.10.2026 [23:18]
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır
- 01.10.2026 [22:55]