HİNDİSTANDA EVSİZ UŞAQLAR ÜÇÜN ƏMANƏT BANKI TƏŞKİL EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Hindistanın paytaxtı Dehlidə yerli xeyriyyə təşkilatının dəstəyi ilə evsiz uşaqlar üçün əmanət bankı təşkil edilmişdir. Uşaqlar qazandıqları pulları həmin bankda saxlaya biləcəklər.
Hazırda Dehlidə bu bankın 12 bölməsi fəaliyyət göstərir. Əmanətlərini bu banka etibar edən uşaqların sayı isə 2 minə çatır. Müştərilərin hamısı 9-18 yaşlı uşaqlar və yeniyetmələrdir.
Əmanət bankının işçiləri də, demək olar ki, yeniyetmələrdir. Hər yarım ildə bir dəfə hər bir bank üçün bu əmanət banklarının xidmətlərindən istifadə edən uşaqlar arasından iki nəfər menecer seçilir.
Baxımsız uşaqların sayına görə Hindistan dünyada birinci yeri tutur. Hesablamalara görə, ölkədə belə uşaqların sayı 10 milyon, Dehlidə isə yüz minə yaxındır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]