Hindistanda qayıq qəzasında ölənlərin sayı 9-a çatıb
Bakı, 3 yanvar, AZƏRTAC
Hindistanın Odişa ştatında baş verən qayıq qəzasında ən azı 9 nəfər ölüb, bir neçə nəfər itkin düşüb.
AZƏRTAC Hindistan KİV-lərinə istinadla xəbər verir ki, yanvarın 2-də əsasən uşaq və yeniyetmələrdən ibarət təxminən 55 nəfərin olduğu balıqçı qayığı Mahanadi çayında batıb. Yerli sakinlər köməyə gələrək xeyli adamı xilas edə biliblər. Hadisədən bir qədər sonra 2 qadının cəsədi tapılıb.
Yanvarın 3-də tapılan yeddi cəsəd isə 8-17 yaş arasındakı şəxslərə aiddir. Güman olunur ki, suda 6 yaşlı qızın və digərlərinin də cəsədləri var.
Hazırda axtarış işləri davam edir. Polis qayıqçını saxlayıb. Şahidlərin sözlərinə görə, qayıqda xilasedici jiletlər olmayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:39]
Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün ekipaj həlak olub
- 10.06.2026 [15:09]
İsraildə xərçəngin böyüməsini ləngidən nanohissəciklər yaradılıb
- 10.06.2026 [14:57]
Bərpaolunan dəniz energetikası Çini enerji ilə təmin edir
- 10.06.2026 [14:48]