“Honda” Formula 1-i rəsmi olaraq tərk edib
Bakı, 4 yanvar, AZƏRTAC
Rəsmi olaraq 2021-ci il “Honda” üçün Formula 1-də sonuncu il olub.
AZƏRTAC Niderlandın “RacingNews365” nəşrinə istinadla xəbər verir ki, Yaponiya şirkəti çempionatı rəsmi olaraq tərk edib. Onun mühərriklərindən 2025-ci ilədək “Red Bull” öz brendi altında istifadə edəcək. Bu qərarın növbəti dörd ildə Formula 1-də mühərriklərin inkişafının dondurulduğu üçün verildiyi qeyd edilib. Belə olan təqdirdə dizayn departamentini cəlb etmək və vəsait yatırmaq lazım olmayacağı və bütün əmək xərclərinin “Red Bull” tərəfindən ödəniləcəyi vurğulanıb.
“Honda”nın Formula 1 üzrə nümayəndəsi Masasi Yamamoto layihədə qalacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [12:50]
“Real Madrid”dən ayrılan Daniel Karvahal “Xetafe”yə keçib
- 13.10.2026 [12:03]
Gəncədə Beynəlxalq Şahmat Festivalı start götürüb
- 13.10.2026 [12:02]
“İmişli” klubu baş məşqçisi ilə yollarını ayırıb
- 13.10.2026 [11:15]
AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cərimələyib
- 13.10.2026 [10:59]
Azərbaycanın iki klubu FIBA Avropa Kubokunda növbəti oyunlarına çıxırlar
- 13.10.2026 [10:49]
Azərbaycanın FIFA referisi “Roma” - “Real Madrid” oyununu idarə edəcək
- 13.10.2026 [10:28]