Honkonq hökuməti ekstradisiya haqqında qanun layihəsini geri götürüb
Pekin, 4 sentyabr, AZƏRTAC
Çinin Honkonq xüsusi inzibati bölgəsi icraçı hökumətinin rəhbəri Kari Lam ekstradisiya haqqında qanuna təklif olunan düzəlişin geri götürüldüyünü elan edib.
AZƏRTAC xəbər verir ki, qərar hökumət rəhbərinin icraçı şuranın üzvləri və Ümumçin Xalq Nümayəndələri Yığıncağında Honkonqdan olan nümayəndələr ilə görüşündən sonra verilib.
Ekstradisiya haqqında qanuna təklif olunan düzəliş Honkonq ərazisində olan və cinayət törətməkdə şübhəli bilinən şəxslərin məhkəmə qarşısına çıxarılması üçün Çinin materik hissəsinə və ekstradisiyaya dair sazişin olmadığı ölkələrə göndərilməsini nəzərdə tuturdu. Həmin qanun layihəsinə etiraz olaraq 3 aydır Honkonqda aksiyalar keçirilir. Aksiyaların gedişində dəfələrlə polis ilə etirazçılar arasında qarşıdurma yaranıb, xəsarət alanlar olub. Polis baş verən iğtişaşlarla əlaqədar olaraq iyun ayından bəri 1183 nəfəri şübhəli şəxs qismində saxlayıb. İğtişaşların başladığı iyunun əvvəlindən bəri isə təxminən 200 polis əməkdaşı müxtəlif dərəcədə bədən xəsarəti alıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]