Honkonq işləyən əcnəbilərin yaşaması üçün ən bahalı şəhərdir
Bakı, 9 iyun, AZƏRTAC
Honkonq işləyən xarici ölkə vətəndaşlarının yaşaması üçün ən bahalı şəhərlər reytinqinə başçılıq edir.
AZƏRTAC xəbər verir ki, ABŞ-ın “Mercer” konsaltinq şirkəti tərəfindən hazırlanan reytinq cədvəli kompaniyanın saytında dərc olunub.
Siyahıda ikinci yeri Aşqabad, üçüncü yeri Tokio, dördüncü və beşinci yerləri isə müvafiq olaraq Sürix və Sinqapur şəhərləri tutur. İlk onluğa, həmçinin Nyu-York, Şanxay, Bern, Cenevrə və Pekin daxildir.
Bu göstəriciyə görə Afrika qitəsində Seyşel adalarının Viktoriya, Latın Amerikasında isə Kosta-Rikanın San-Hose şəhərləri ilk yerdə qərarlaşıb. 209 şəhərdən ibarət reytinqi Tunis, Vindhuk və Daşkənd tamamlayır.
Qeyd edək ki, reytinq müxtəlif şəhərlərdə yaşayış xərclərinin, o cümlədən evlərin qiymətinin, nəqliyyat, qida, geyim və məişət mallarına çəkilən xərclərin müqayisəli təhlili əsasında tərtib edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [11:06]
Nepalda məktəb avtobusu qəzaya uğrayıb: 5 ölü, 14 yaralı
- 09.10.2026 [11:04]
İran uranın zənginləşdirilməsindən imtina etməyəcəyini bəyan edib
- 09.10.2026 [09:34]
Çin Avropa Parlamentinin hesabatına sərt etirazını bildirib
- 09.10.2026 [09:05]
İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb
- 09.10.2026 [07:49]
“Axios”: Vitkoff və Kuşner oktyabrın sonunda Moskvaya səfər edə bilər
- 09.10.2026 [06:44]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq edəcək
Bu gün Ümumdünya Poçt Günüdür
- [09:37]
ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib
- 08.10.2026 [23:36]
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
- 08.10.2026 [23:03]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [21:37]
Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək
- 08.10.2026 [20:39]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [20:09]
Bu saata olan əsas xəbərlər
- 08.10.2026 [20:00]
Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb
- 08.10.2026 [19:43]
Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir
- 08.10.2026 [19:24]
Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib
- 08.10.2026 [19:20]
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb
- 08.10.2026 [19:18]