“Hüquq elminin və təhsilinin müasir problemləri və həlli yolları” mövzusunda konfrans başa çatmışdır
Bakı, 11 may (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş “Hüquq elminin və təhsilinin müasir problemləri və həlli yolları” mövzusunda beynəlxalq konfrans mayın 11-də başa çatmışdır.
AZƏRTAC xəbər verir ki, konfransda 200-dək məruzə dinlənilmiş, ayrı-ayrı bölmələr üzrə iclaslar keçirilmiş, elmin inkişafı, hüquq təhsilinin təkmilləşdirilməsi problemləri, hüquqşünas kadrların hazırlanmasının mühüm məsələləri geniş müzakirə olunmuşdur.
Beynəlxalq konfransda Azərbaycan, Almaniya, Türkiyə, Gürcüstan, İran, Rusiya, ABŞ, Yaponiya və digər ölkələrdən olan alim və mütəxəssislər iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]