Azərbaycan Dövlət İnformasiya Agentliyi

I Ümumittifaq Türkoloji Qurultay və Cənubi Sibir türkləri

I Ümumittifaq Türkoloji Qurultay və Cənubi Sibir türkləri

Bakı, 26 dekabr, AZƏRTAC

I Ümumittifaq Türkoloji Qurultaya Türk dünyasının hər yerindən nümayəndələr dəvət olunmuşdu. Onların arasında Cənubi Sibirin türk boylarını təmsil edən cəmi iki nümayəndə vardı. Onlardan biri xakas türkü Nikolay Qavriloviç Katanov, o biri isə Altaydan gələn Sabaşkin Aleksey Makaroviç idi. Onu da qeyd edək ki, Nokolay Qavriloviç Qurultaya ən gec qatılan nümayəndə idi. Qurultayın axırıncı günü, yəni martın 6-da 17-ci iclasa özünü zorla çatdıran Katanovu sədr “uzaq Sibirdə yaşayan türk xalqlarının nümayəndəsi” kimi təqdim etsə də, o, çıxışında qurultay iştirakçılarını uzaq Sibirdə yaşayan xakaslar adından salamlayır. Əslində, azsaylı da olsa, Cənubi Sibir türk soyları baxımından ən rəngarəng yerdir. Burada çoxlu sayda tayfaların olması onları altaylılar, xakaslar və tıvalar adı altında əsas üç xalq kimi birləşdirməyə səbəb olmuşdu. Bunlardan biri Sibir dairəsinə daxil olan Altay Diyarıdır. Paytaxtı Barnaul şəhəridir. Paytaxtı Qorno-Altaysk olan Altay Respublikası da bu dairəyə aiddir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Türk xalqlarının tarixi və etnologiyası şöbəsinin müdiri tarix elmləri doktoru Güllü Yoloğlunun “I Ümumittifaq Türkoloji Qurultay və Cənubi Sibir türkləri” adlı məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Altay deyərkən cənub-qərb hissəsi Qazaxıstana, cənub hissəsi Monqolustan və Qobi Altayına, şimal hissəsi isə Rusiya Federasiyasına daxil olan geniş bir ərazi nəzərdə tutulur. XX əsrin əvvəllərinə qədər Altayda yaşayanlar tayfa və ərazilərə görə etnik və etnoqrafik qruplara bölünürdülər. Sonradan tuba, kumandı, çelkannığ (şalğannar, kuular), tölös, telengit, teleut, Altay-kiji kimi etnoqrafik qruplar “altaylılar” adı altında birləşdirildilər. Onların hamısı türk dillərinin şərq qolunun, qırğız-qıpçaq qrupuna daxil olan Altay türkcəsində danışır və hər birinin dili bu dilin ləhcələri kimi qəbul olunur. Əvvəllər Altay kalmıkları, dağlı, ağ kalmıklar, Altay tatarları adlandırılsalar da, 1922-1948-ci illərdə onlara “oyrat” və ya “oyrot” deyilmişdir. Dağlıq Altay Muxtar Vilayətinin əvvəlki adı da 1922-ci il iyunun 1-dən 1948-ci il yanvarın 7-ə qədər Oyrot Muxtar Vilayəti olub... Ona görə də I Ümumittifaq Türkoloji Qurultaya gələn A.M.Sabaşkin “oyrat” kimi qeydiyyata alınıb.

A.M.Sabaşkinin çıxışı göstərirdi ki, qeyri-müsəlman türklər, yəni ərəb təsirini öz üzərlərində hiss etməyən türk xalqlarının nümayəndələri Qurultayda qızğın müqayisəyə səbəb olan ərəb-latın əlifba qarşıdurmasına hazır deyildilər. Onlar Qurultaydan sadəcə latın qrafikalı ortaq bir əlifbanın yaradılmasını umurdular. Bunu Sabaşkin də öz çıxışında dilə gətirir və sonda fikrini yekunlaşdıraraq deyir: “Tamam neytral şəxs kimi düşünürəm ki, latın şrifti texnikası tətbiq edilsə, daha məqsədyönlü və türk xalqlarının ədəbiyyatı daha zəngin olar”.

Aleksey Makaroviç Sabaşkin Qurultayda həm də jurnalist kimi qeydə alınmışdı. Ulaludan gəlmişdi. “Kızıl Oyrat” dərgisinin baş redaktoru idi...

Burada bir məsələ diqqət çəkir. Xakas, tıva və saxalardan fərqli olaraq Altay türkləri latın əlifbası məsələsi ilə bağlı yazılara, tədqiqatlara o qədər də həvəs göstərmir, hətta Sabaşkinin özünü belə bəzi dairələrdə qəbul etməyərək toplulara salmırlar. Bu da Moskvanın təsirinin, mərkəzə sadiqliyin bir nümunəsi kimi görünə bilər... Lakin 1928-ci ildən sonra altaylıların da digər türklər kimi latın qrafikalı əlifbaya keçdikləri tarixi fakt olaraq qalır. 1938-ci ildən onlar da kiril əlifbası əsaslı əlifbaya keçməyə məcbur edildilər. Halbuki türklərə məxsus ilk yazılı abidələr məhz geniş Altay ərazisindən tapılmışdı. Onu da qeyd edək ki, bu il 15 dekabr tarixi Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi mühüm qərara əsasən Dünya Türk Dili Ailəsi Günü kimi qeyd olunur. Bu tarixin seçilməsi xüsusi əhəmiyyət kəsb edir. 1893-cü il dekabrın 15-də danimarkalı alim Vilhelm Tomsen türk dilinin ən qədim yazılı sənədlərindən biri olan Orxon yazılarının əlifbasını deşifrə etməkdə uğur qazandığını elan etmişdi. Beləcə, hun əlifbası da adlandırılan türk runi yazıları haqqında ilk məlumatlar elm aləminə məlum olub. Abidələrin dili araşdırılarkən qədimdə Mərkəzi və Orta Asiyada, Altay türklərinin də yaşadığı Cənubi Sibirdə vahid əlifba və yazı dilinin mövcud olduğu müəyyən edilib. Onu da qeyd edək ki, runi yazılar yalnız daş üzərində deyil, kağız üzərində də qalıb... Yəni əski türk yazısı və yazılı ədəbiyyatının varlığı haqqında kifayət qədər faktlar göstərmək olar. Lakin tarixi hadisələrin sürətlə bir-birini əvəz etdiyi Cənubi Sibir ərazisində yaşayan türklər uzun müddət yazılı ədəbiyyatlarını inkişaf etdirməkdən məhrum olublar. Ruslaşdırma və xristianlaşdırma siyasətini məharətlə həyata keçirən çar Rusiyası bu xalqların həyatındakı bütün inkişaf prosesini özünün həmin bölgələrdəki siyasəti ilə bağlamağa çalışıb. Sovet hakimiyyəti dövründə isə hər bir şey bolşeviklərin xidməti kimi təqdim olunduğundan, heç çar Rusiyası dövründə görülən işlər belə nəzərə alınmayıb. Nəticədə Altay türkləri də bir sıra azsaylı türklər kimi, öz tarixi uğurlarından qoparılaraq yazılı ədəbiyyatı və əlifbası XX əsrdə yaranan xalqlar sırasına daxil edilib.

Ardı var...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İcraçı direktor: Kibertəhlükəsizlik sektorunda fəaliyyət göstərən şirkətlər güzəştlər əldə ediblər

Kimya İnstitutu qarşıdakı dövr üçün yeni strateji hədəflər müəyyənləşdirib

UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub

Azərbaycan ombudsmanı ENOC-un illik konfransında uşaq hüquqları üzrə təşəbbüslərdən danışıb

Elmar Baxşıyev: Milli komanda son iki oyunda hamının fikrini dəyişə bilər

Rusiyanın regionlarına hücumlar nəticəsində bir nəfər ölüb, səkkiz yaralı var

Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb

Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional sabitlik üçün mühüm platformadır

Bu saata olan əsas xəbərlər

AMEA rəhbəri: Qafqaz Albaniyasına dair tədqiqatların yeni mərhələsi başlanıb

Vətən müharibəsinin xronikası: 2 oktyabr

ADEX Azərbaycanın müdafiə sənayesində əldə etdiyi imkanların nümayişi üçün mühüm platformadır ŞƏRH

Milli müdafiə sənayesinin inkişafı təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır - ŞƏRH

Fransada liseylərdə etirazlar davam edir

Neft mikrobiologiyası və biotexnologiya sahəsində birgə layihələr nəzərdən keçirilir

Prezidentin köməkçisi: Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır

AQTA: Sumqayıtda məktəbdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB

Hikmət Hacıyev: Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü

Tahir Budaqov: Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir

Şəkidə beynəlxalq teatr bayramı: 4 ölkənin teatr kollektivləri bir araya gəlib

Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək

ABF rəsmisi: Yeni baş məşqçi qadın basketbolunun inkişafına mühüm töhfə verəcək

Pakistan Səudiyyə Ərəbistanını hər hansı hücumdan müdafiə etməyə hazırdır

Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib

Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir

Salyanlı gənclərə rəqəmsal mühitdə gizli manipulyasiya və narkotik riskləri barədə məlumat verilib

Bu il məişət zorakılığından zərər çəkmiş 46 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib

Fukuşima AES-də nüvə yanacağının qalıqlarını çıxarmaq üçün robotdan istifadə olunacaq

Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik

"ADEX 2026" davam edir

Meksikanın rəmzi olan ənənəvi qayıq AzMİU tələbələri tərəfindən layihələndiriləcək

Prezident İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq

Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır

Səudiyyə Ərəbistanı Məkkədəki Məscidül-Həramda terror aktına cəhd barədə xəbərləri təkzib edib

Fransada “Həyat xalçası”: Toxuculuq sənəti və insan hekayələri bir arada

Astanada “AI & Digital Bridge – 2026” forumu keçirilir

Prezident: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi Türk dünyasının gücünü artırır - ŞƏRH

Ötən gün 61 cinayətin açılması təmin olunub

Prezident İlham Əliyev: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir

Kino Agentliyi 5 yeni film layihəsinə maliyyə vəsaiti ayırıb

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndi Məhkəmə Kompleksində olub

Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü keçirilib

Fərrux İrnazarov: Mərkəzi Asiyada ticarət potensialının tam reallaşdırılması üçün bir sıra məsələlərin həlli vacibdir

Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır

Prezident İlham Əliyev: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir

Astanada travmatoloq-ortopedlərin I Beynəlxalq konqresi keçirilir

Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

Lixtenşteyn yığmasının kapitanı: Azərbaycan millisinin bəxti gətirmədi - MÜSAHİBƏ

Prezident: Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meyilləri yer alsın

SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb

Hikmət Hacıyev: Ermənistan Konstitusiyasındakı müvafiq müddəanın dəyişdirilməsi prosesə müsbət təsir edəcək

Şuşada Azərbaycanın və Gürcüstanın müdafiə nazirləri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər

Prezident İlham Əliyev: Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi

Azərbaycan Prezidenti: Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi

Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır

Filippində 7 mədənçinin qazsızma nəticəsində öldüyü ehtimal olunur

Prezidentin köməkçisi: Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir YENİLƏNƏCƏK

Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi

Bələdiyyə sədri: Şanlıurfa Türkiyə-Azərbaycan əməkdaşlığına daha çox töhfə verməyə hazırdır

Azərbaycanlı alim Qazaxıstanda keçirilən beynəlxalq konfransda məruzə edib

YAP-ın Sədri: İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir

Hikmət Hacıyev: Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər

Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir

“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

“TEXNOFEST” yenilikləri: KAAN beşinci nəsil təyyarəsi və ANKA III zərbə dronu VİDEO

“TEXNOFEST” yenilikləri: KAAN beşinci nəsil təyyarəsi və ANKA III zərbə dronu VİDEO

Zəngilan filizindən molibdenin ayrılması üçün yeni metodlar sınaqdan keçirilir

Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb VİDEO

UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün Belçika ilə qarşılaşacaq

Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub - EKSKLÜZİV

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 18 yanvar tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Yasamal və Qaradağın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

“Raytheon” Pentaqona 24,4 milyard dollarlıq raket tədarük edəcək

Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Qırğızıstanın ilk milli peyki orbitə buraxılıb

ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə “Patriot” batareyaları yerləşdirib

Hörmüz boğazında üç BƏƏ tankeri hücuma məruz qalıb

Misir Efiopiya diplomatını ölkədən çıxaracaq

Tramp: Demokratların Konqresdə qələbəsi maliyyə böhranına səbəb ola bilər

Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollardan çox ziyan görüb

Britaniya və Aİ dizel çatışmazlığının qarşısının alınması ilə bağlı razılığa gələ bilməyib

Eritreya Efiopiya ilə bütün diplomatik əlaqələri kəsib

Tramp Polşada ABŞ hərbi bazasının yaradılmasını istisna etməyib

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu VİDEO

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu VİDEO

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır