İÇƏRİŞƏHƏRLƏ TANIŞLIQ
AZƏRTAC xəbər verir ki, Böyük Britaniyanın kral ailəsinin üzvü, York hersoqu, şahzadə Endryu iyunun 12-də İçərişəhərlə tanış olmuşdur. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Kamran İmanov Azərbaycan Prezidentinin “İçərişəhər” Dövlət tarix-memarlıq qoruğu idarəsinin yaradılması haqqında” Sərəncam imzaladığını, bunun əsasında müvafiq idarə yaradıldığını qonağın diqqətinə çatdırmış, ötən əsrlərin yadigarı olan abidələrin qorunması və bərpasına göstərilən dövlət qayğısından danışmışdır.
Sonra hörmətli qonaq tanınmış xalça ustası, xalq rəssamı Kamil Əliyevin xalça muzeyində olmuş, onun əsərlərinə maraqla tamaşa etmişdir. Şahzadə burada türk dünyasının dahi şəxsiyyətləri ümummilli lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün, Azərbaycan mütəfəkkirləri Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, İmadəddin Nəsiminin, böyük rus şairi Aleksandr Puşkinin və başqa görkəmli şəxsiyyətlərin portretləri toxunmuş xalçalarla maraqla tanış olmuşdur. Qonağa Azərbaycan xalçaları haqqında ətraflı məlumat verilmişdir.
Böyük Britaniyanın kral ailəsinin üzvü, York hersoqu, şahzadə Endryu Karvansarada da olmuşdur. Hörmətli qonaq burada çay süfrəsinə dəvət olunmuş, ona hədiyyə təqdim edilmişdir.
Şahzadə Endryuya Qız qalası haqqında ətraflı məlumat verilmişdir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:40]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:16]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [16:18]
Nazir Ceyhun Bayramov Tokioda Ermənistanla normallaşma prosesindən danışıb
- 10.06.2026 [15:48]