Azərbaycan Dövlət İnformasiya Agentliyi

İctimai etimadın siyasi təzahürü: Prezident İlham Əliyevin liderliyi və Azərbaycanın inkişaf strategiyası

İctimai etimadın siyasi təzahürü: Prezident İlham Əliyevin liderliyi və Azərbaycanın inkişaf strategiyası

Bakı, 7 iyul, AZƏRTAC

Müasir dövrdə dövlət başçısına olan ictimai etimad təkcə siyasi legitimliyin göstəricisi deyil, eyni zamanda, ölkədə həyata keçirilən dövlət idarəçiliyinin səmərəliliyini, milli inkişaf strategiyasının cəmiyyət tərəfindən qəbul edilməsini və gələcəyə inamın səviyyəsini müəyyənləşdirən əsas amillərdən biridir. Xüsusilə qlobal geosiyasi proseslərin sürətlə dəyişdiyi, regional təhlükəsizlik çağırışlarının artdığı və iqtisadi transformasiyaların dərinləşdiyi bir dövrdə dövlət başçısına olan etimad ölkənin sabitliyi, milli birliyi və dayanıqlı inkişafı üçün mühüm strateji əhəmiyyət daşıyır.

Bu sözləri AZƏRTAC-a Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Canməmməd Canməmmədov deyib.

O bildirib ki, son illərdə Azərbaycan həm hərbi-siyasi, həm diplomatik, həm də sosial-iqtisadi sahələrdə mühüm nailiyyətlər əldə edərək yeni inkişaf mərhələsinə qədəm qoyub. Dövlətin milli maraqlara əsaslanan siyasəti, beynəlxalq münasibətlər sistemində artan nüfuzu, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatlar və sosial rifahın yüksəldilməsi istiqamətində atılan ardıcıl addımlar cəmiyyətin dövlət siyasətinə münasibətində də öz əksini tapır. Bu baxımdan ictimai rəy sorğularının nəticələri yalnız statistik göstəricilər deyil, eyni zamanda, ölkədə formalaşmış ictimai-siyasi mühitin obyektiv mənzərəsini əks etdirən mühüm indikator kimi çıxış edir. Medianın İnkişafı Agentliyinin (MEDİA) 2026-cı ilin may-iyun aylarında keçirdiyi genişmiqyaslı ictimai rəy sorğusunun nəticələri də bu reallığı aydın şəkildə nümayiş etdirir. Sorğunun nəticələrinə əsasən, respondentlərin 87,7 faizi Prezident İlham Əliyevə etibar etdiyini bildirib. Eyni zamanda, iştirakçıların 93,6 faizi dövlət başçısının fəaliyyətini müsbət qiymətləndirib, 81,9 faizi isə Prezident İlham Əliyevi ölkənin alternativsiz siyasi lideri hesab etdiyini ifadə edib. Bu göstəricilər təsadüfi rəqəmlər deyil. Onlar Azərbaycan cəmiyyətində son illər formalaşmış siyasi sabitliyin, milli həmrəyliyin və həyata keçirilən dövlət siyasətinə olan ictimai dəstəyin konkret ifadəsi kimi qiymətləndirilə bilər. Xüsusilə postmüharibə dövründə ölkənin qarşısında duran mürəkkəb vəzifələrin uğurla icrası, genişmiqyaslı bərpa-quruculuq proqramlarının həyata keçirilməsi, iqtisadi islahatların davam etdirilməsi və Azərbaycanın beynəlxalq mövqeyinin daha da gücləndirilməsi ictimai etimadın möhkəmlənməsində həlledici rol oynayıb.

C.Canməmmədov qeyd edib ki, Prezident İlham Əliyevin yüksək etimad qazanmasının əsas səbəblərindən biri onun həyata keçirdiyi siyasətin ardıcıllığı, praqmatikliyi və uzunmüddətli strateji hədəflərə əsaslanmasıdır. Ölkə başçısının fəaliyyətində milli maraqların qorunması, dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi, iqtisadi təhlükəsizliyin təmin olunması və Azərbaycanın beynəlxalq mövqeyinin gücləndirilməsi əsas prioritetlər kimi çıxış edir. Bu yanaşma cəmiyyət tərəfindən ölkənin milli maraqlarına xidmət edən məsuliyyətli dövlət idarəçiliyi modeli kimi qəbul olunur. Azərbaycanın son illərdə qazandığı uğurlar göstərir ki, güclü siyasi iradə, məqsədyönlü idarəçilik və strateji baxış ölkənin inkişafının əsas hərəkətverici qüvvəsinə çevrilib. Bu baxımdan Prezident İlham Əliyevə olan yüksək ictimai etimad təkcə fərdi liderlik keyfiyyətlərinin deyil, həm də dövlət siyasətinin nəticələrinin və cəmiyyətin həmin siyasətə verdiyi obyektiv qiymətin göstəricisi kimi dəyərləndirilə bilər. Prezident İlham Əliyevə yüksək ictimai etimadın formalaşmasını şərtləndirən ən mühüm amillərdən biri Azərbaycanın milli təhlükəsizliyinin təmin edilməsi, ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası istiqamətində həyata keçirilən qətiyyətli siyasətdir. Son illər ölkənin keçdiyi mürəkkəb tarixi mərhələ göstərdi ki, milli maraqlara söykənən ardıcıl dövlət strategiyası yalnız hərbi Qələbənin əldə olunmasını deyil, eyni zamanda uzunmüddətli sülhün, təhlükəsizliyin və davamlı inkişafın təmin edilməsini də mümkün edir: “2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər Azərbaycan dövlətçiliyinin müasir tarixində yeni mərhələnin başlanğıcı oldu. Bu Qələbə təkcə uzun illər davam edən işğala son qoymadı, həm də beynəlxalq hüququn norma və prinsiplərinin bərpasını təmin edən mühüm siyasi hadisə kimi tarixə düşdü. Azərbaycan Ordusunun yüksək peşəkarlığı, müasir döyüş hazırlığı və Ali Baş Komandanın qətiyyətli rəhbərliyi nəticəsində ölkənin ərazi bütövlüyünün böyük hissəsi bərpa olundu. 2023-cü ilin sentyabr ayında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Azərbaycanın dövlət suverenliyi ölkənin bütün ərazisində tam təmin edildi. Bununla da uzun illər regionun inkişafına maneə yaradan hüquqi və siyasi qeyri-müəyyənlik aradan qaldırıldı, yeni inkişaf mərhələsinin əsasları formalaşdırıldı. Dövlət suverenliyinin tam bərpası yalnız Azərbaycanın milli təhlükəsizlik sistemini möhkəmləndirmədi, eyni zamanda, Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaratdı.

Deputat deyib ki, qazanılmış hərbi-siyasi uğurların ən mühüm xüsusiyyətlərindən biri onların qısa müddət ərzində genişmiqyaslı bərpa və quruculuq proqramları ilə əvəz olunmasıdır. Müasir dövlət idarəçiliyinin əsas prinsiplərindən biri hesab olunan “münaqişədən inkişafa keçid” modeli Azərbaycanda praktik şəkildə həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa-quruculuq işləri təkcə dağıdılmış yaşayış məntəqələrinin yenidən inşasını deyil, tamamilə yeni sosial-iqtisadi inkişaf modelinin qurulmasını nəzərdə tutur. Füzuli, Ağdam, Şuşa, Zəngilan, Cəbrayıl, Laçın və digər yaşayış məntəqələrində müasir şəhərsalma prinsiplərinə uyğun yaşayış kompleksləri, inzibati binalar, məktəblər, xəstəxanalar, mədəniyyət müəssisələri və sənaye obyektləri inşa edilir. Yeni avtomobil yolları, dəmir yolu xətləri, beynəlxalq hava limanları, enerji və rabitə infrastrukturu bölgənin iqtisadi potensialının tam reallaşdırılmasına xidmət edir.

“Bu layihələrin əsas məqsədi yalnız infrastruktur yaratmaq deyil. Burada yeni iqtisadi münasibətlərin formalaşdırılması, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının tətbiqi, rəqəmsal texnologiyaların geniş istifadəsi, yaşıl enerji mənbələrinin inkişaf etdirilməsi və müasir yaşayış standartlarının təmin olunması prioritet istiqamətlər kimi müəyyənləşdirilib. Beləliklə, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın innovativ inkişaf modelinin tətbiq olunduğu ən mühüm regionlardan birinə çevrilir. “Böyük Qayıdış” Proqramı da həyata keçirilən dövlət siyasətinin humanitar mahiyyətini aydın şəkildə nümayiş etdirir. Uzun illər doğma torpaqlarından didərgin düşmüş insanların təhlükəsiz, ləyaqətli və davamlı şəkildə öz yurdlarına qayıtması dövlət siyasətinin əsas prioritetlərindən biri kimi həyata keçirilir. Bu proses yalnız sosial layihə deyil, həm də tarixi ədalətin bərpası və milli həmrəyliyin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”, - deyə o əlavə edib.

C.Canməmmədov deyib ki, Prezident İlham Əliyevin regional inkişaf siyasətində Naxçıvan Muxtar Respublikası da xüsusi yer tutur. Son illərdə muxtar respublikanın nəqliyyat, enerji, sənaye və turizm potensialının artırılması istiqamətində ardıcıl addımlar atılır. Naxçıvanın ölkənin ümumi inkişaf strategiyasına daha sıx inteqrasiyası həm regionun sosial-iqtisadi inkişafını sürətləndirir, həm də onun geostrateji əhəmiyyətini artırır. Naxçıvanın zəngin tarixi-mədəni irsinin qorunması istiqamətində həyata keçirilən layihələr də xüsusi diqqət çəkir. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Möminə xatun türbəsinin bərpası və ətraf ərazidə aparılan abadlıq işləri təkcə mühüm memarlıq abidəsinin qorunmasına deyil, eyni zamanda Azərbaycanın qədim dövlətçilik ənənələrinin və milli-mədəni irsinin gələcək nəsillərə çatdırılmasına xidmət edir. Bu cür layihələr ölkənin turizm potensialının genişləndirilməsi, mədəni diplomatiyanın gücləndirilməsi və milli kimliyin qorunması baxımından da mühüm əhəmiyyət kəsb edir. Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevə olan yüksək ictimai etimad yalnız siyasi liderə şəxsi rəğbətin ifadəsi deyil. Bu etimad dövlətin milli maraqlara söykənən inkişaf strategiyasına, təhlükəsizlik siyasətinə, bərpa-quruculuq proseslərinə və gələcəyə hesablanmış uzunmüddətli inkişaf kursuna verilən ictimai qiymətin real təzahürüdür. Azərbaycan Prezidentinə yüksək ictimai etimadın formalaşmasını şərtləndirən əsas amillərdən biri də ölkəmizin son illərdə həyata keçirdiyi ardıcıl, prinsipial və milli maraqlara əsaslanan xarici siyasət kursudur. Müasir beynəlxalq münasibətlər sistemində qlobal rəqabətin, geosiyasi qarşıdurmaların və regional təhlükəsizlik çağırışlarının artdığı bir dövrdə Azərbaycanın balanslaşdırılmış və çoxşaxəli diplomatik strategiyası ölkənin milli maraqlarının etibarlı şəkildə qorunmasına, beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişlənməsinə və dövlətimizin nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir.

Deputat qeyd edib ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin əsas xüsusiyyəti Azərbaycanın heç bir güc mərkəzindən asılı olmayan, beynəlxalq hüququn norma və prinsiplərinə söykənən müstəqil qərarlar qəbul etmək iradəsini nümayiş etdirməsidir. Son illərdə ölkəmizin beynəlxalq təşkilatlar çərçivəsində fəallığının artması, müxtəlif siyasi platformalarda etibarlı tərəfdaş kimi qəbul edilməsi və regional əməkdaşlıq təşəbbüslərinin müəlliflərindən birinə çevrilməsi bu siyasətin praktik nəticələridir. Bu kontekstdə 2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi müasir Azərbaycan diplomatiyasının ən mühüm nailiyyətlərindən biri kimi qiymətləndirilir. Azərbaycan və Türkiyə arasında münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldən bu sənəd iki qardaş ölkə arasında siyasi dialoqun, iqtisadi inteqrasiyanın, müdafiə və təhlükəsizlik əməkdaşlığının, enerji və nəqliyyat layihələrinin daha da dərinləşdirilməsi üçün möhkəm hüquqi baza formalaşdırdı. Eyni zamanda, Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının qurulmasına və regionda uzunmüddətli sabitliyin möhkəmləndirilməsinə mühüm töhfə verən strateji sənəd kimi tarixə düşdü.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sankt-Peterburqda dron hücumundan sonra baş verən yanğınlar söndürülür

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Xırdalanda yaşayış kompleksində yanğın baş verib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO