Azərbaycan Dövlət İnformasiya Agentliyi

İctimai Televiziya on yaşını qeyd edir VİDEO

Bakı, 28 avqust, AZƏRTAC

İctimai Televiziyanın (İTV) fəaliyyətə başlamasının 10 ili tamam olur.

Bu münasibətlə avqustun 28-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında təntənəli yubiley gecəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Telekanalın 10 illik fəaliyyətini əks etdirən videosüjet nümayiş olunub.

İctimai Televiziya və Radio Yayımlar Şirkətinin baş direktoru, Əməkdar İncəsənət Xadimi, professor Cəmil Quliyev tədbiri açaraq vurğulayıb ki, 10 il ərzində İTV çox böyük inkişaf yolu keçib, bir-birindən maraqlı layihələrə imza atıb və geniş tamaşaçı auditoriyasının sevgisini qazanıb.

Diqqətə çatdırılıb ki, ötən müddət ərzində İTV daim Azərbaycan Prezidenti İlham Əliyevin qayğısını hiss edib. Bunun bariz nümunəsidir ki, milli mətbuatımızın 140 illiyi münasibətilə təltif olunan media nümayəndələri arasında İctimai Televiziyanın əməkdaşları da yer alıb. Bütün bunlara görə televiziyanın rəhbəri dövlətimizin başçısına təşəkkürünü bildirib.

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri, professor Cahangir Məmmədli bildirib ki, 10 ildir Azərbaycan cəmiyyətinə şərəflə xidmət edən bu televiziya bundan sonra da öz missiyasını layiqincə davam etdirəcək. İTV yarandığı gündən qərəzsiz, tərəfsiz, obyektiv informasiyaları, maraqlı, rəngarəng verilişləri ilə auditoriyanın rəğbətini qazanıb. Hər zaman dövlətin diqqət və qayğısını üzərində hiss edən televiziya həyatın müxtəlif sahələrinə dair verilişlərlə gündəmə gəldi. Bu gün də proqram siyasətində öz ənənəsinə sadiq qalır.

Professor Cahangir Məmmədli diqqətə çatdırıb ki, Azərbaycan vətəndaşlarının marağına xidmət edən televiziya milli mənəvi dəyərlərimizi qorumaq, plüralizmi inkişaf etdirmək yolunda səylərini davam etdirməkdədir. Əminik ki, tamaşaçı və dinləyici qəlbinə yol tapan ictimai televiziya və radio bundan sonra da yeni formatlarda hazırladığı proqramlarla izləyicilərin və dinləyicilərin görüşünə gələcək.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev yubiley münasibətilə televiziyanın kollektivini təbrik edib.

Azərbaycan dövlətinin mətbuat, informasiya, o cümlədən teleradio siyasətinin əsasını ümummilli liderimiz Heydər Əliyevin qoyduğunu xüsusi vurğulayan Vüqar Əliyev diqqətə çatdırıb ki, bu istiqamətdə işlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Vurğulanıb ki, dünya sivilizasiyasının bir hissəsi olan Azərbaycanda azad sözə, plüralizmə, əxlaqi-mənəvi maariflənməyə, ümummilli maraqların ifadəsinə olan tələbat İctimai Televiziyanın yaranması məsələsini gündəmə gətirib.

Prezidenti Administrasiyasının rəsmisi deyib ki, dövlətimizin başçısı İlham Əliyev 2004-cü il noyabrın 5-də Azərbaycan xalqının arzu və istəklərinin ifadəsi kimi "İctimai Televiziya və Radio Yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Fərman imzalayıb. Bundan sonra İTV-nin maddi-texniki bazasının formalaşması istiqamətində mühüm işlər görülüb.

Vüqar Əliyev bildirib ki, televiziyanın fəaliyyətə başlaması münasibətilə təşkil olunan mərasimdə iştirak edən dövlətimizin başçısı yeni telekanalın Azərbaycan efir məkanında layiqli yer tutacağına əminliyini ifadə edib. Göründüyü kimi, İTV bütün ümidləri doğrultdu. İctimai Televiziya Azərbaycanın zəngin və rəngarəng efir məkanında tamamilə fərqli - ictimai yayım prinsiplərinə uyğun proqram siyasəti yürütdü. İTV Azərbaycan teleməkanına yeni nəfəs gətirdi. Telekanal öz ənənəsinə bu gün də sadiqdir.

İctimai Televiziyanın keçdiyi yola bir daha nəzər salan Vüqar Əliyev vurğulayıb ki, onillik zaman kəsiyi bu telekanalın inkişafı üçün yetərli olub. İTV artıq bir ictimai institut kimi formalaşıb. Bu gün bu kanal özünəməxsus verilişləri, inkişaf meyli ilə seçilib, fərqlənir.

Prezident Administrasiyasının rəsmisi hər zaman tarazlaşdırılmış, balanslı informasiya siyasəti həyata keçirən televiziyanın bundan sonra da Azərbaycan dövlətinin maraqlarını müdafiə edəcəyinə, bu yolda fəaliyyətini qətiyyətlə davam etdirəcəyinə əminliyini bildirib.

Tədbirdə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədr müavini Qafar Cəbiyev, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq Artisti Azərpaşa Nemətov və Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov İTV-nin yaradıcı kollektivini 10 illik yubileyləri münasibətilə təbrik edərək onlara işlərində uğurlar arzulayıblar.

Bir sıra təşkilatlar adından İTV rəhbərliyinə fəxri fərmanlar təqdim olunub.

Tədbir tanınmış musiqiçilərin maraqlı konsert proqramı ilə davam edib.

İctimai Televiziya on yaşını qeyd edir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Beynəlxalq Nəqliyyat Forumunun Dayanıqlı Mobillik üzrə İşçi qrupunda təmsil olunur

Fransada dəmiryol işçilərinin aksiyası problemlər yaradıb

İsveç vətəndaşlarının Avrozonaya qoşulmaq həvəsi azalır

Qlobal LNG ticarəti ötən il 5 faiz artıb

Azərbaycanda inflyasiyanın həcmi açıqlanıb

Akademik: Əsas məsələ neftə malik olmaq deyil, ondan səmərəli istifadə etməkdədir

“Qurtuluş məfkurəsi: Xilaskarlıq missiyasından Zəfər zəmanəsinə” adlı tədbir təşkil olunub

Azərbaycanlı voleybolçular Serbiyada təlim-məşq toplanışı keçəcəklər

Seçmə mərhələ: Futzal üzrə Azərbaycan millisinin püşkatmadakı səbəti bəlli olub

Yaponiya dəniz plastik tullantılarını aşkar etmək üçün müəssisə istifadəyə verib

İstehlakçıların ticarət şəbəkələrində aldıqları məhsulun dəyəri 3,8 faiz artıb

Birgə səylərlə uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühit yaratmaq mümkündür ŞƏRH

Azərbaycanın strateji valyuta ehtiyatları 15,2 faiz artıb

Süni intellekt 2030-cu ildə təqribən trilyon kilovat-saat elektrik enerjisi istehlak edə bilər

“Şəfa” klubu növbəti transferini reallaşdırıb

Zərifə Quliyeva: “Qəhrəmanlıq zirvəsi” kitabını 10 cilddə ərsəyə gətirməyi planlaşdırıram

Mütəxəssis: Sosial şəbəkələrdə yaş məhdudiyyəti uşaqların təhlükəsizliyinə müsbət təsir göstərəcək

Nazir müavini: Kitabxanaların 90 faizdən çoxu beynəlxalq standartlara cavab vermir

“Qəbələ” afrikalı futbolçu ilə vidalaşıb

Azərbaycanda muzdla çalışanların orta aylıq əməkhaqqı 1170 manatı ötüb

Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketinin müzakirəsinə başlayıb

Ankarada VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunan təqdimat və panel müzakirə təşkil edilib

Neft-qaz sektorunda 16 milyard manatdan çox ÜDM istehsal olunub

BASF konserninin rəhbəri: Avropanın kimya sənayesi son 25 ilin ən dərin böhranı ilə qarşılaşıb

Bu il qlobal neft tədarükü gündəlik 98,9 milyon barel olacaq

Dövlət Statistika Komitəsi: Əhalinin gəlirləri artıb

Təbii sərvətlərdən əldə olunan gəlirlərin səmərəli istifadəsi Azərbaycanın strateji gücünü möhkəmləndirir - ŞƏRH

Aqil Bəhramlı: Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin inkişaf yolunun başlanğıcıdır

Geoloqların proqnozu: Afrikada yeni dəniz yarana bilər

ABŞ səfirliyi diplomatların İsrail daxilində hərəkətini məhdudlaşdırıb

Sabah 33 dərəcə isti olacaq

Qardaşlıqdan strateji tərəfdaşlığa: Şuşa Bəyannaməsinin iqtisadi nəticələri – ŞƏRH

® “TəhsilPlus” kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verilib

Nazir: Mədəniyyət Konsepsiyasının əsas məqsədi mədəniyyətə əlçatanlığın təmin edilməsidir

Azərbaycanda ÜDM-in həcmi açıqlanıb

Vüqar Zeynalov: Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan tərəqqi yoluna qədəm qoyub

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 noyabr tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanın müdafiə naziri Serbiyada rəsmi səfərdədir

Nazir: İdman sahəsində sıx əməkdaşlıq Azərbaycan və Serbiya prezidentlərinin qarşımıza qoyduğu vəzifənin məntiqi nəticəsidir – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Nazir: İdman sahəsində sıx əməkdaşlıq Azərbaycan və Serbiya prezidentlərinin qarşımıza qoyduğu vəzifənin məntiqi nəticəsidir – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Media: Aviaşirkətlər qış uçuş cədvəllərində böyük dəyişikliklərə hazırlaşır

Araşdırma: İtlər insan mesajlarını sözlər olmadan da anlaya bilir

ABŞ neft qiymətləri ilə bağlı proqnozunu artırıb

Beynəlxalq Sivilizasiyalararası Dialoq Günü

Fransada yaşlı insanların sayının artacağı gözlənilir

Nazir: Məqsədimiz ölkə əhalisinin ən azı 95 faizini kitabxana xidmətləri ilə əhatə etməkdir

Tovuz Rayon Prokurorluğunda “Açıq qapı” günü

Bu saata olan əsas xəbərlər

Rəssam Yelizaveta Nevinnaya: Bakı tamaşaçısı üçün çalışmaq mənə maraqlı gəldi

Ekspert: Yeni Fərmanla sahibkarlar regionlarda fəaliyyət göstərməyə stimullaşdırılır

Tahir Budaqov: Ulu Öndər Azərbaycan dövlətçiliyinin xilaskarı kimi müasir tariximizdə silinməz iz qoyub

Ağsuda yük avtomobili aşıb, xəsarət alanlar var VİDEO

Ağsuda yük avtomobili aşıb, xəsarət alanlar var VİDEO

®  “OBA Plus”da OBİ qazandırmağa gəlir VİDEO

® “OBA Plus”da OBİ qazandırmağa gəlir VİDEO

Portuqaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Antoniu Joze Sequruya

Ekspert: Yeni tənzimləmələr uşaqların təhlükəsizliyinin təmin olunmasına xidmət edir

Adil Kərimli: Kitabxana sistemində infrastruktur və məzmun baxımından problemlər var

Folklor İnstitutunda “Kitabi-Dədə Qorqud”un mifoloji xülasələrinə dair məruzə təqdim edilib

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatıb

Türkiyənin Adana şəhərində dünyada ən böyük arı “oteli” açılıb

Qazaxıstan HDQ hərbi qulluqçuları Xəzər akvatoriyasında döyüş təlim tapşırıqlarını yerinə yetiriblər

Tarixə düşən azərbaycanlı boks hakimi: Los-Anceles Olimpiadasında da iştirak etməyi arzulayıram

ABŞ-nin enerji naziri: Hörmüz boğazında gəmi nəqliyyatı əhəmiyyətli dərəcədə artıb

AZSET proqramına qeydiyyat başladı: gələcəyin mühəndisləri üçün yeni imkan

Tələbələr Polimer Materialları İnstitutunda təcrübə keçirlər

Bu ilin yanvar-may aylarında əlillik təyin olunan şəxslərin sayı açıqlanıb

Milli Qurtuluş Günü: Müstəqilliyi xilas edən tarixi qərar

Yohannesburqda kütləvi atışma nəticəsində 12 nəfər ölüb

Türk ekspert: Azərbaycan, Türkiyə və Gürcüstan arasında strateji tərəfdaşlıq dərinləşir RƏY

Deputat: Uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühit formalaşdırılır

Sərxoş sürücünün sərnişinindən narkotik vasitələr aşkarlanıb VİDEO

Sərxoş sürücünün sərnişinindən narkotik vasitələr aşkarlanıb VİDEO

BƏT: Dünyada təqribən 138 milyon uşaq əmək istismarına məruz qalır

Yəmən sahillərində silahlı şəxslər yük gəmisinə hücum edib

Ağcabədi kümçüləri barama tədarükünə başlayıblar

Mərkəzi Bankın əməkdaşları Sumqayıtda vətəndaşların müraciətlərini dinləyəcək

Azərbaycan və Çin arasında elmi əməkdaşlıq əlaqələri genişləndirilir

Saxta sənədlərlə daşınmaz əmlak əldə edənləri nə gözləyir? - Ali Məhkəmədən vacib qərardad

Cəbrayıllı yeniyetmələr yeni Cəbrayılı fotolarda əks etdirdilər VİDEO

Cəbrayıllı yeniyetmələr yeni Cəbrayılı fotolarda əks etdirdilər VİDEO

“Airbus”la birlikdə səkkiz şirkət Almaniyaya altıncı nəsil döyüş təyyarəsi təklif edib

Rusiyanın Çeboksarı şəhəri və Samara vilayəti raket və dron hücumlarına məruz qalıb

ABŞ-nin xam neft ehtiyatları azalır

AQTA yerli istehsalçıların Çin bazarına çıxışını təmin etmək istiqamətində fəaliyyətini davam etdirir

Zərdabda heyvandarlıqda innovativ yenilik - xırdabuynuzlu heyvanlar ölkədə ilk dəfə avtomatlaşdırılmış qurğu ilə dezinfeksiya edilir

İran XİN Vaşinqtonu Yaxın Şərqdən qoşunlarını çıxarmağa çağırıb

Samara hava limanında məhdudiyyətlər aradan qaldırılıb

Azərbaycanda 10 xarici rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 45-ə çatıb

Ötən gün axtarışda olan 181 nəfər saxlanılıb

Türkiyənin Nevşehir vilayətində Azərbaycana həsr olunmuş fotosərgi açılıb

Ölkədə əmək müqavilələrinin sayı artıb

Norveç millisi dünya çempionatına 300 kiloqram balıq aparacaq

AzTU komandası Tələbə Basketbol Liqasının qalibi olub

AzMİU ilə Avropanın ən böyük tədqiqat institutu arasında strateji əməkdaşlıq memorandumu imzalanıb

Modi Hindistanın Baş naziri kimi rekord qırıb

Avropada müşahidələr tarixində ikinci ən isti may ayı qeydə alınıb

Ədliyyə Akademiyasında müsabiqə elan olunub

Balakəndə yeni Dövlət Proqramı müzakirə olunub, fermerlərin problemləri dinlənilib

Azərbaycan-Türkiyə əlaqələri: Qardaşlıqdan strateji müttəfiqliyə yüksələn münasibətlər

Yasamal rayonunda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb VİDEO

Yasamal rayonunda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb VİDEO

Vəkillər Kollegiyasının nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olub

Media: Türkiyə bankları Suriyada öz şöbələrini açacaq

Azad edilmiş ərazilərdə 5 hektardan bir parselləşmə işlərinin həyata keçirilməsi nəzərdə tutulur