“İCTİMAİ TELEVİZİYA VƏ RADİO YAYIMI HAQQINDA” QANUN GƏLƏN HƏFTƏ PARLAMENTDƏ MÜZAKİRƏ OLUNACAQ
AZƏRTAC xəbər verir ki, iclasda “İctimai televiziya və radio yayımı haqqında” qanun layihəsinin son variantı müzakirə olunmuşdur. İşçi qrupunun rəhbəri, deputat Rizvan Cəbiyev məlumat verərək bildirmişdir ki, Avropa Şurası ekspertinin layihənin təkmilləşdirilməsinə dair təkliflərinin hamısı nəzərə alınsa da, onun bəzi təklifləri Avropa Şurasının özünün düzəlişləri ilə təzad təşkil edirdi. Buna baxmayaraq, qanun layihəsinə düzəlişlər edilməklə 3 dəfə Avropa Şurasının ekspertizasına göndərilmişdir. Avropa Şurası hər dəfə sənədə bütövlükdə müsbət rəy versə də, xırda iradlara görə layihə geri qaytarılmışdır.
Azərbaycan Prezidenti həmin iradları əsas götürərək Qanuna veto qoymuşdur.
İşçi qrupu hesab edir ki, Avropa Şurasının layihənin 3-cü variantına olan irad və təklifləri Avropa Şurasının özünün tələblərinə, beynəlxalq təcrübəyə ziddir.
Yaranmış vəziyyəti layihənin düzgün tərcümə edilməməsi, ekspertin bəzi müddəaları dəqiq başa düşməməsi ilə əlaqələndirən işçi qrupu eksperti Bakıya dəvət etmişdir. Bu günlərdə ekspertin iştirakı ilə layihə bir daha nəzərdən keçirilmiş və müvafiq dəyişikliklər edilmişdir. Ekspert yenidən redaktə xarakterli 9 dəyişiklik təklif etmişdir. Bunlar ictimai televiziyanın baş direktoruna bəzi səlahiyyətlərin verilməsi, reklam çarxının vaxtının azaldılması və sair olmuşdur. Əvvəlki təkliflər ictimai televiziyanın Dövlət Teleradio Şirkətinin bazasında yaradılması, yayım şurasının üzvlərinin təsdiqi və milli azlıqların dilində verilişlərlə bağlı olmuşdur. Diqqətə çatdırılıb ki, dövlət televiziyasının qalıb-qalmaması məsələsi Prezidentin müstəsna səlahiyyətinə daxildir. İctimai televiziyanın yayım şurası 9 ictimai təşkilatın namizədlərindən formalaşacaq. Milli Məclis ictimai təşkilat və birliklərin təklif etdiyi 18 namizəddən 9-nu təsdiq edəcəkdir. Milli azlıqlara isə yaşadıqları bölgələrdə öz dillərində qəzet, jurnal çap etdirmək, yerli televiziya və radio verilişləri hazırlamaq imkanı verilir. İctimai televiziya da onların dillərində müxtəlif verilişlər hazırlaya bilər. Amma bunun hər həftə proqramlaşdırılması düzgün deyil. Ekspertlərlə də bu məsələ belə razılaşdırılıb.
Müzakirələr zamanı deputatlar layihənin ölkəmizdə demokratiyanın inkişafında mühüm rol oynacağını və Avropa standartlarına tam cavab verdiyini, amma, dövlət televiziyasının ləğvinin əleyhinə olduqlarını bildirmişlər.
Sonda layihəni Milli Məclisin müzakirəsinə çıxarmaq qərara alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu gün Cəbrayıl Şəhəri Günüdür
- [09:00]
İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil
- 03.10.2026 [23:56]
İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir
- 03.10.2026 [23:11]
Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib
- 03.10.2026 [22:03]
Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb
- 03.10.2026 [21:57]
“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur
- 03.10.2026 [21:23]
Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”
- 03.10.2026 [20:44]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [20:32]
Bu saata olan əsas xəbərlər
- 03.10.2026 [20:00]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:36]
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar
- 03.10.2026 [19:17]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [19:09]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [19:05]
Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır
- 03.10.2026 [18:49]
Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir
- 03.10.2026 [18:44]
Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib
- 03.10.2026 [18:31]
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb
- 03.10.2026 [18:17]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [18:09]
Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir
- 03.10.2026 [17:53]