İddiaçılar Turniri: Şəhriyar Məmmədyarovdan növbəti heç-heçə
Bakı, 15 mart, AZƏRTAC
Berlində şahmat üzrə İddiaçılar Turnirinin dördüncü turunda Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov ABŞ təmsilçisi Uesli So ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, rəqibinə qarşı ağ fiqurlarla oynayan şahmatçımız 30-cu gedişdə heç-heçəyə razılaşıb.
Turun digər oyunlarına gəlincə, ABŞ təmsilçisi Fabiano Karuana rusiyalı Vladimir Kramnikə, Ermənistan şahmatçısı Levon Aronyan digər Rusiya zəka sahibi Sergey Karyakinə qalib gəlib. Aleksandr Qrişuk (Rusiya) və Liren Dinq (Çin) isə xalları yarı bölüblər.
F.Karuana 3 xalla birinci pillədə qərarlaşıb. Hesabında 2,5 xal olan Ş.Məmmədyarov və V.Kramnik 2-3-cü yerləri bölüşürlər. L.Aronyan, L.Dinq və A.Qrişuk 2 xalla 4-6-cı pillədə qərarlaşıblar. S.Karyakin və U.So 2 xalla 7-8-ci yerdədirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]
Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb
- 01.10.2026 [10:56]
“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb
- 01.10.2026 [10:15]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb
- 01.10.2026 [10:05]
Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteyni qəbul edir
- 30.09.2026 [23:21]
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib
- 30.09.2026 [22:04]