“İDEF-2011” sərgisində müdafiə təyinatlı məhsulların birgə istehsalına dair razılıq əldə olunub
Bakı, 12 may (AZƏRTAC). Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində istehsal olunan müdafiə təyinatlı məhsullar Türkiyənin İstanbul şəhərində keçirilən “IDEF-2011” X Beynəlxalq müdafiə sənayesi sərgisində nümayiş etdirilir. Bununla bağlı nazir Yavər Camalovun rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkədə səfərdədir.
MSN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nazirlik bu sərgidə 89 adda müdafiə təyinatlı məmulatla təmsil olunur. Müdafiə Sənayesi Nazirliyinin nümayiş etdirdiyi məhsullar sərgidə iştirak edən digər ölkələrin nümayəndə heyətləri tərəfindən böyük maraqla izlənilir.
Sərgi çərçivəsində Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə Türkiyənin qabaqcıl şirkətləri arasında top, minaatan, snayper tüfəngi və gecəgörmə cihazlarının birgə istehsalına dair niyyət protokolları imzalanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]