İdmançılarımız Sumo Yapon Güləşi üzrə Avropa çempionatda 3 bürünc medal qazanıblar
Tbilisi, 23 aprel, AZƏRTAC
Tbilisidə Sumo Yapon Güləşi üzrə Avropa çempionatı keçirilir.
“Sumo-2017” Avropa çempionatında Azərbaycan 17 güləşçi, 2 nümayəndə və 2 hakimlə təmsil olunur.
Çempionatın ilk günündə 21 yaşlı güləşçilərimizdən Məhərrəm Eyvazov (60 kq), Camal Feyziyev (+115kq) və 23 yaşlılardan Çingiz Səmədov (92kq) çempionatın bürünc medallarını qazanıblar. Hələlik Azərbaycan komanda sıralamasında 3-cü yerdədir.
Bu gün bir qadın güləşçimiz məğlubiyyətlə üzləşsə də, daha dörd kişi güləşçimiz doxo (xalça) üzərinə çıxacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi