Azərbaycan Dövlət İnformasiya Agentliyi

II HİSSƏ

Rabitə və informasiya texnologiyaları naziri Əli ABBASOV 2009-cu ildə Azərbaycanda iqtisadiyyatın bu sahəsində əsaslı irəliləyişə nail olunğunu bildirdi:

- Son illər ərzində informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunda əldə olunan gəlirlərin orta illik artım tempi 32-35 faiz, yola saldığımız 2009-cu böhran ilində isə bu artım 13,7 faiz təşkil etmişdir. Müqayisə üçün bildirim ki, bu artım tempi ilə ölkəmiz dünya üzrə İKT-nin 2009-cu ildəki artım tempini 2 dəfə qabaqlamışdır.

Telekommunikasiyanın inkişafı üzrə mobil telefon şəbəkəsi hesabat dövründə 1,1 milyon qoşulma ilə artmış və beləliklə, Azərbaycanda hər 100 nəfərə düşən mobil telefonların sayı 85,6 faiz təşkil edir ki, bu da ümumdünya orta göstəricisindən təxminən 25 faiz yüksəkdir. Bu sahədə əsas nəticələrdən biri də, “Azərfon” Məhdud Məsuliyyətli Cəmiyyətinin dünya mobil bazarının lideri “Vodafon” şirkəti ilə birlikdə cari ilin dekabr ayından 3G xidmətlərinin ölkəmizdə tətbiqinə başlamasıdır. 3G texnologiyasının tətbiqi ölkənin telekommunikasiya bazarında keyfiyyətcə yeni mərhələnin əsasını qoymaqla, təkcə görüntülü danışıq yox, radio-televiziya yayımları üçün yeni mühit, “on-line” video müşahidələr və digər yeni tipli xidmətlərin verilməsini də təmin edir.

Elan olunduğu kimi, stasionar telefon rabitəsində, ölkəmizdə bütün yaşayış məntəqələrinin telefonlaşdırılması MDB və digər region ölkələri arasında ilk dəfə, 2008-ci ildə həyata keçirilmişdir. Hesabat ilində isə yeni şəbəkə texnologiyasının tətbiqi genişləndirilmiş və təxminən 90 min yeni stasionar telefon şəbəkəyə əlavə olunmuşdur. Baxmayaraq ki, ölkəmizdə şəbəkə infrastrukturunun səviyyəsi hətta inkişaf etmiş ölkələr səviyyəsindədir, lakin əhalinin sabit telefon rabitə xidmətlərindən istifadəsi arzuolunan səviyyədə deyildir. 2010-cu ildə bu məsələnin həlli qarşıda duran vəzifələrimizdən biridir və həyata keçirilən “100 ailəyə 100 telefon” layihəsinin əsas hədəfidir.

Hesabat dövründə müasir informasiya-kommunikasiya texnologiyalarının inkişafının əsas infrastruktur göstəricisi sayılan internetin inkişafı üçün də əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Belə ki, 2009-cu ildə ölkədaxili internet şəbəkəsinin qlobal internet şəbəkəsinə qoşulma sürəti 25 faiz artmış, internet xidmətlərinin qiymətləri isə təxminən 5 dəfə aşağı düşmüşdür.

Azərbaycanın internet xidmətlərinin regionda ixrac potensialı gücləndirilmiş və ötən il artıq qonşu ölkə İran da Azərbaycanın internet xidmətlərinin ixrac etdiyi ölkələr sırasına daxil olmuşdur.

Beynəlxalq Telekommunikasiya İttifaqının standartı ilə ölçsək (bu, ölkəyə həm mobil telefondan, həm də kompyuterdən internetə çıxan istifadəçilər daxildir) bu gün əhalinin 40 faizdən çoxu internet istifadəçisidir. Bu göstərici uyğun orta ümumdünya göstəricidən təxminən 2 dəfə yüksəkdir. İnternet üzərindən ödəmələr, elektron ticarət və kommersiya, pərakəndə satış, reklam, ödənişli şəxsi xidmətlər həyata keçirilir, virtual iş yerləri açılır və bir sözlə, ölkəmizdə artıq sərbəst internet iqtisadi sektoru formalaşır.

Bazar qiymətlərindən 25-30 faiz aşağı və faizsiz kreditlə əhaliyə kompyuter satışını həyata keçirən “Xalq kompyuteri” layihəsinin Təhsil Nazirliyi ilə birgə reallaşdırılması və digər tədbirlər çərçivəsində ölkədə hər 100 nəfərə düşən kompyuterlərin sayı hesabat dövründə təxminən 50 faiz artmışdır.

Hesabat dövründə İKT-nin təhsildə tətbiqi və məktəblərin sürətli internetə qoşulmasında, vergi ödəyicilərinə elektron xidmətlərin göstərilməsində, gömrük və miqrasiya xidmətlərində, səhiyyə, pensiya, ədliyyə, ictimai asayişin mühafizəsi, nəqliyyat, tələbə qəbulu prosesinin avtomatlaşdırılması, seçki və digər sahələrdə, ümumiyyətlə, cəmiyyətin hərtərəfli informasiyalaşdırılmasında xüsusi aktivlik müşahidə olunmuşdur. Ölkənin mərkəzi və yerli icra hakimiyyəti orqanlarının təqdim etdiyi elektron xidmətlərin həcmi elə bir səviyyəyə çatmışdır ki, onların vahid elektron hökumət portalında birləşdirilməsinə zərurət yaranmışdır.

“Elektron idarəçilik” layihəsinin tətbiqinin genişlənməsi, şəffaf və nəzarət oluna bilən dövlət idarəetməsinin yaradılması da bu məqsədə xidmət edir. Hesabat ilində electron imzanın tətbiqi məqsədi ilə Milli Sertifikat Xidmətləri Mərkəzinin yaradılması işləri demək olar ki, başa çatmışdır və bu ildən etibarən elektron imza ilə bağlı İD kartların dövlət hakimiyyəti orqanlarına, hüquqi və fiziki şəxslərə paylanmasına başlanılacaqdır.

Hesabat dövründə radio və televiziya yayımının texniki infrastrukturu 62 yeni vericilərin qoşulması, peyk, kabel, efir-kabel, internet televiziya və radio sistemləri vasitəsilə genişləndirilmiş və sərhəd zonalarında efirin texniki vəziyyəti xeyli yaxşılaşdırılmışdır. Hazırda sərhəd zonalarında efirin texniki vəziyyəti rabitə, daxili işlər, milli təhlükəsizlik, müdafiə nazirlikləri və “Azərbaycan televiziya və radio verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət yaradılmış xüsusi komissiyanın nəzarəti altındadır və bu ildən Dövlət Sərhəd Xidməti nümayəndələrinin də komissiyada iştirakı planlaşdırılmışdır.

2009-cu ilin sentyabr ayından Azərbaycanın ilk beynəlxalq kanalı - “ATV İnternational” “Türksat” və yanvarın 15-dən isə Avropanın “Hotbird” peyklərindən xarici dillərdə dünyanın əksər ölkələrinə yayımlanmağa başlamışdır.

Televiziya və radio yayımları sahəsində ötən ilin əsas nəticəsi kimi Bakı, Sumqayıt və Abşeronda rəqəmli efir televiziya test yayımı işə salınmışdır. Ölkələrin hökumətləri məlumatlandırılmışdır ki, Beynəlxalq Telekommunikasiya İttifaqının qərarı ilə 2015-ci ilə qədər bütün dünyada televiziya və radio verilişləri rəqəmli yayıma keçirilir və həmin vaxtdan etibarən analoq radio və televizorların istehsalı bütün dünyada dayandırılacaqdır. İnvestisiya üçün təqdim etdiyimiz layihəyə və Nazirlər Kabinetinə təqdim edilən tədbirlər planına əsasən Azərbaycanda rəqəmli televiziya yayımına keçid 3 il tez, 2012-ci ildə başa çatmalıdır.

Poçt sistemində yeni şəbəkə infrastrukturunun qurulması və yeni xidmətlərin, o cümlədən bank-maliyyə xidmətlərinin göstərilməsini nəzərdə tutan və Dünya Bankı və Azərbaycan Mərkəzi Bankı ilə birlikdə reallaşdırılan “Maliyyə Xidmətlərinin İnkişafı” layihəsi hesabat ilində artıq təcrübi istismara verilmiş və cari ilin birinci yarımilliyində başa çatacaqdır.

Poçt sistemində xüsusi canlanma var və cənab Prezident, Sizə söz verildiyi kimi 2012-ci ildən “Azərpoçt” MMC-nin 20 illik fasilədən sonra müasir bazar mühiti çərçivəsində rentabelli işləməsi təmin olunacaqdır. Artıq 2009-cu böhran ilində əvvəlki illə müqayisədə poçt gəlirlərinin artımı 13,6 faiz təşkil etmişdir.

Sizin ölkəmizdə kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması barədə müvafiq Sərəncamınıza və “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq, hesabat ilində ilk telekommunikasiya peykinin orbitə çıxarılması üçün uyğun tenderlər keçirilmiş və məsləhətçi şirkətlərin köməyi ilə yanvarın axırına orbital mövqe kontraktı, fevralda isə istehsalçı şirkətlə baş kontraktın imzalanması planlaşdırılmışdır. Bu işdə təxminən 3 aylıq gecikmə var, bu da ki, məsləhətçi şirkətlər, ekspert qrupu və Maliyyə Nazirliyinin tövsiyə və tələblərinin nəzərə alınması ilə bağlıdır. Peykin orbitə çıxarılma vaxtının yeni tarixi 2012-ci ilin iyun ayı planlaşdırılmışdır. Onu qeyd etməliyəm ki, bu sahədə əldə olunan nəticələr və Azərbaycanın kosmik ölkələr səviyyəsinə, kosmik bazara çıxarılmasının təminində, hömətli cənab Prezident, Sizin xüsusi rolunuz, bu işlə məşğul olan bir neçə beynəlxalq təşkilatların rəhbərlərinin sözləri ilə qeyd etsək, son zamanlar Azərbaycanın və şəxsən Sizin xarici ticarət istiqamətində apardığınız inamlı və davamlı siyasət ölkəmizə və şəxsən Sizə böyük inam yaratmışdır. Elə bunun nəticəsidir ki, keçən il Beynəlxalq Telekommunikasiya İttifaqı ölkəmizə 2 yeni beynəlxalq orbital mövqenin verilməsi üçün qərar qəbul etmişdir və indi bu, qonşu ölkələrlə resurslar çərçivəsində razılaşdırılır.

Əli Abbasov ölkəmizdə Trans-Avrasiya Super İnformasiya Magistralı və “Regional İnnovasiya Zonası” layihələrinin reallaşdırılması üçün görülən müvafiq tədbirlərin beynəlxalq səviyyədə də hərtərəfli dəstəkləndiyini vurğuladı:

-Müsbət haldır ki, Davos Dünya İqtisadi Forumunun “Qlobal informasiya texnologiyaları” hesabatında xüsusi olaraq aşağıdakı kimi qeyd olunur: “Mühit komponentində və hökumətin İKT-ni prioritet müəyyən etməsi, inkişafı və istifadəsi üzrə görülmüş işlər sayəsində Azərbaycan 60-cı yerdə, 7 pillə artımla, MDB dövlətləri arasında öz dominantlıq mövqeyini daha da gücləndirmişdir”.

Qeyd edək ki, bu hesabatda ölkəmiz Polşa, Bolqarıstan, Türkiyə, Filippin, İndoneziya, Misir, Pakistan kimi iddialı ölkələri də qabaqlamışdır. Həmçinin, Beynəlxalq Telekommunikasiya İttifaqının hesabatında İKT-nin inkişaf səviyyəsinə görə Azərbaycan son 5 ildə inkişaf dinamikasına görə dünyanın ilk 10 ölkəsi sırasında yer tutmuşdur. Bu nəticələr ölkəmizin ümumi tərəqqisi, o cümlədən İKT sahəsinin inkişafı üzrə Sizin müəyyənləşdirdiyiniz və Sizin rəhbərliyinizlə uğurla həyata keçirilən siyasətin nəticəsidir.

Diqqətinizə görə sağ olun.

X X X

Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim MÜSLÜMOV ötən illərdə aparılan məqsədyönlü tədbirlər hesabına respublikamızda beynəlxalq standartlara uyğun sosial müdafiə modelinin təşəkkül tapdığını və sosial proqramların davamlı icrasının təmin edildiyini bildirdi:

- Bu modelin mühüm tərkib hissəsi olan sığorta-pensiya sistemində maliyyə dayanıqlığının qorunmasını və islahatların davam etdirilməsini Azərbaycan Respublikası Prezidentinin xüsusi diqqət mərkəzində saxlaması böhranlı ildə də pensiya proqramlarının vaxtında və tam icra edilməsinin başlıca təminatçısı olmuşdur.

İlkin məlumatlara əsasən, Dövlət Sosial Müdafiə Fondunun 2009-cu ildə gəlirləri 1 milyard 600 milyon manat olmuş və 2008-ci ilə nisbətən 205 milyon manat və ya 14,7 faiz artmışdır.

Sosial sığorta haqları üzrə daxilolmalar 8,3 faiz artaraq 1 milyard 37 milyon manata çatmışdır ki, bunun da 56 faizi qeyri-büdcə təşkilatlarının payına düşür.

Hesabat dövrü ərzində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olanların, həm də torpaq mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilmişdir. Nəticədə, fiziki şəxslərdən sosial sığorta haqları üzrə daxilolmalar 25 faiz, torpaq mülkiyyətçiləri üzrə isə 23 faiz artmışdır.

Dünya iqtisadi sistemində baş verən proseslərlə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində inflyasiyanın aşağı səviyyədə saxlanılması səbəbindən əməkhaqqının yalnız real artımı, eləcə də bir sıra iri tədiyyəçilərin həyata keçirdiyi işçi sayının optimallaşdırılması tədbirləri fondun gəlirlərinin qeyd olunan əsaslarda formalaşmasını şərtləndirmişdir.

Belə bir şəraitdə Dövlət Sosial Müdafiə Fondu, cənab Prezident, Sizin tapşırığınızla Azərbaycan Respublikasının Nazirlər Kabineti və Maliyyə Nazirliyi ilə birlikdə pensiyaların vaxtında maliyyələşdirilməsini təmin etmək məqsədi ilə müvafiq tədbirlər həyata keçirmişdir. Belə ki, 2009-cu ilin əvvəlinə fondun hesabında olan 91 milyon manat sərbəst qalıq, həmçinin büdcə təşkilatlarından ilin son günlərində daxil olacaq sosial sığorta haqlarının qarşılıqlı əvəzləşdirilməsi hesabına dövlət büdcəsindən əlavə ayrılan 40 milyon manat vəsait pensiyaların ödənişinə yönəldilmiş və dekabrın 29-na il üzrə maliyyələşmələr tamamilə başa çatdırılmışdır.

2009-cu ildə fondun xərcləri 1 milyard 675 milyon manat təşkil etmişdir. Bu vəsaitin 96,6 faizi və ya 1 milyard 618 milyon manatı əhaliyə ödənişlərə yönəldilmişdir ki, bu da 2008-ci ilə nisbətən 20,8 faiz və ya 278 milyon manat çoxdur. Bütün xərclərin 94 faizini pensiya ödəmələri təşkil etmişdir. Bundan əlavə, 2009-cu ildə əhaliyə 46,4 milyon manat və ya əvvəlki ilə nisbətən 24,6 faiz çox müavinət verilmişdir.

Xərclərin bu artımları inflyasiyanın yalnız 1,5 faiz olduğu şəraitdə baş vermiş və əhalinin bilavasitə real gəlirlərini artırmışdır. Əgər 2008-ci ildə əhalinin pul gəlirlərində fondun ödəmələri 6,7 faiz olmuşdursa, 2009-cu ildə bu göstərici 7,2 faizədək yüksəlmişdir. Başqa sözlə, pensiya ödənişlərinin artım sürəti əhalinin pul gəlirlərinin ümumi artımını 9,1 bənd üstələmişdir. Bu isə ölkəmizin əhalisinin aztəminatlı təbəqəsinin gəlirlərinin dövlət tərəfindən xüsusi dəstəklənməsinin birbaşa təsdiqidir.

Mühüm aspektlərdən biri kimi pensiya xərclərinin tərkibində sığorta hissəsinin xüsusi çəkisinin ilbəil artmasını qeyd etmək istərdim. Belə ki, bu göstərici yeni sistemə keçildiyi 2006-cı ildəki 20,8 faizdən 2009-cu ildə 28,7 faizədək yüksəlmişdir, 2010-cu ildə isə onun 30,3 faizədək artacağı nəzərdə tutulur.

Sığorta-pensiya sisteminin mühüm göstəricilərindən olan əmək pensiyaçılarının sayı il ərzində ilkin məlumatlara görə 27 min nəfər artaraq ilin sonuna 1 milyon 302 min nəfər təşkil etmişdir. Bu artımın 59 faizi yaşa görə, 35 faizi əlilliyə görə, 6 faizi isə ailə başçısını itirməyə görə pensiyaya çıxanların payına düşür.

Azərbaycan Respublikası Prezidentinin əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı Sərəncamına əsasən pensiyaçıların 60 faizinin, yəni 765 min nəfərin pensiyasının sığorta hissəsinə 20,8 faizlik artım tətbiq olunmuşdur.

Digər bir mühüm göstəricinin - əvəzetmə əmsalının, yəni orta aylıq pensiya məbləğinin orta aylıq əməkhaqqına nisbətinin də 2009-cu ildə sabit saxlanması təmin olunmuşdur. İlin sonuna ölkə üzrə orta aylıq pensiyanın məbləği 100,4 manat olmuş və əvəzetmə əmsalı 34 faiz təşkil etmişdir. 2009-cu ildə pensiyaçılara ödənişlərin ÜDM-ə nisbəti müstəqillik dövründə ən yüksək səviyyəyə - 5,3 faizə çatmışdır. Bu da beynəlxalq aləmdə nəzərdə tutulan 5 faizlik həddin keçilməsi deməkdir.

Bütün bunlar Azərbaycanda qurulmuş müasir sığorta-pensiya sisteminin dinamik inkişafını bir daha təsdiqləyir.

Möhtərəm cənab Prezident,

2006-2008-ci illər yeni pensiya sisteminin fəaliyyətə başlamasının birinci mərhələsi olmaqla, daha çox pensiyaların baza hissəsi və orta aylıq məbləğlərinin sürətlə artırılması kimi yadda qalmışdırsa, 2009-cu il islahatların yeni mərhələsinin başlanğıc ili olmuşdur. Bu mərhələ Sizin 2008-ci il 30 dekabr tarixində təsdiq etdiyiniz “2009-2015-ci illərdə Azərbaycan Respublikasının sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı” ilə müəyyən edilmişdir. Proqramla 2009-cu il üçün müəyyənləşdirilən tapşırıqların icrası məqsədi ilə sosial sığorta haqları ilə sığorta ödənişləri arasında birbaşa əlaqənin təmin edilməsi, sığorta-pensiya sisteminin demoqrafik göstəricilərə uyğunlaşdırılması, sığortaolunanların əvvəlki pensiya sisteminin fəaliyyəti dövründə qazanılmış hüquqlarının yeni sistemə düzgün inteqrasiyası, fərdi uçotun inkişafı və bu əsasda əmək pensiyası təyinatının təkmilləşdirilməsi sahəsində qəbul olunmuş qərarlar sistemin beynəlxalq standartlara uyğunluğu və gələcək fəaliyyəti baxımından müstəsna rola malikdir.

Xüsusilə insanların 2006-cı ildən əvvəlki dövrdə qazanmış olduqları pensiya hüquqlarının yeni sistemə vahid prinsip əsasında transformasiyası bütövlükdə sığorta-pensiya sisteminin inkişafında yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Artıq biz pensiya təyinatının avtomatlaşdırılması, bu sahədəki daxili nəzarətin ictimai nəzarətlə əvəz olunması və insan amilinin rolunun minimuma endirilməsi proseslərinin reallaşdırılması mərhələsindəyik və fikrimcə, 2010-cu il ərzində bu məsələ gerçəkləşdiriləcəkdir.

Nəticədə, sığorta-pensiya sisteminin ümumi iqtisadiyyatla əlaqəli inkişafının tam təmin olunması mexanizmi ortaya qoyulmuşdur. Yəni, hər bir şəxsin əmək fəaliyyətinə başladığı dövrdən etibarən öz fərdi hesabında gələcək pensiyası üçün nə qədər vəsait topladığı onun daimi nəzarətinə verilir. Başqa sözlə, fondda qeydiyyatda olan hər bir şəxs fondun internetdəki veb-saytında sosial sığorta nömrəsini daxil edərək, fərdi hesabında toplanmış məbləği və bu məbləğin hansı mənbələrdən formalaşdığını görə biləcəkdir. Həmin məbləğin 144-ə bölünməsi və alınan nəticəyə ölkə üzrə baza pensiyasının əlavə edilməsi şəxsin pensiyasının məbləğini göstərəcəkdir.

İctimai nəzarəti, həmçinin şəffaflığı təmin edə biləcək son dərəcə sadə bir sistemin qurulması, cənab Prezident, yalnız Sizin bu sahəyə olan daimi diqqətiniz və vaxtında qəbul etdiyiniz qərarlar nəticəsində mümkün olmuşdur.

2006-2008-ci illərdə yeni sosial müdafiə sistemi ilə bağlı həyata keçirilən işləri diqqətə çatdıran Səlim Müslümov sığorta olunanların fərdi uçotu sisteminin qurulması istiqamətində davam etdirilən tədbirlərdən danışdı:

-Fondun Vergilər Nazirliyi ilə əlaqəli fəaliyyəti, inzibati tədbirlər, təbliğat və maarifləndirmə işləri nəticəsində hesabat dövründə fərdi uçota alınanların sayı 154 min nəfər artaraq 1 milyon 640 min nəfərə çatmışdır. Hazırda fondun mərkəzi məlumat bazasında ölkə əhalisinin üçdə biri, yəni 1 milyon 302 min nəfər pensiyaçı və 1 milyon 640 min nəfər sığortaolunan barədə müvafiq məlumatlar toplanmışdır.

Lakin bununla belə özəl sektorda çalışanların tam qeydiyyatı və əməkhaqlarının leqallaşdırılması bu prosesə birbaşa təsir edən əsas vəzifələr kimi qalmaqda davam edir. 2010-cu ildə bu vəzifələrin yerinə yetirilməsi xüsusi diqqət mərkəzində saxlanacaqdır.

2009-cu ildə avtomatlaşdırılmış iş yerlərinin təşkili və ixtisaslı kadrlarla təminat işləri paralel qaydada davam etdirilmişdir.

Sosial sığorta haqları hesabına ödənilən müavinətlərin təyin olunması və uçotunun avtomatlaşdırılmasına başlanılmışdır. Fondun mərkəzi aparatının məlumat bazası ilə yerli şöbələrin məlumat bazaları arasında elektron məlumat mübadilə əlaqəsinin qurulması sürətlə davam etdirilir.

Göstərilənlərlə yanaşı, hesabat dövründə pensiyaların bankomatlarla ödənişi sferası da genişləndirilmişdir. Belə ki, kənddə yaşayan və plastik kartlarla pensiya alanların xüsusi çəkisi 94,4 faizə çatdırılmışdır. Hazırda ölkə üzrə bütün ödəniş aparılan pensiyaçıların 97,3 faizi pensiyasını plastik kartla alır. Bu məqsədlə 465 bankomat quraşdırılmışdır ki, bunun da 85-i kənd yerlərinin payına düşür. 2010-cu ildə kənd yerlərində bankomatların sayının artırılması, eləcə də plastik kartların pensiyaçılara bilavasitə bank filialları tərəfindən verilməsi barədə müvafiq banklar qarşısında məsələ qaldırılmışdır.

Möhtərəm cənab Prezident!

Məruzə etmək istəyirəm ki, Azərbaycanın sığorta-pensiya sistemindəki sürətli və uğurlu islahatların beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilməsi davam edir. 2009-cu ilin mart ayında Afina şəhərində BMT-nin İnkişaf Proqramının Şərqi Avropa və Orta Asiya ölkələrində demokratik idarəetmənin formalaşdırılmasına həsr edilmiş toplantısında Azərbaycanın bu sahədəki təcrübəsinin xüsusi təqdimatı olmuş və sonradan həmin təqdimat BMT-nin veb-saytında geniş işıqlandırılmışdır. Azərbaycan pensiya və sosial təminat layihəsinin icrasına nəzarət etmək məqsədi ilə 2009-cu ilin noyabrında ölkəmizdə olmuş Dünya Bankı missiyasının rəsmi məlumatında Azərbaycanın sığorta-pensiya sisteminin beynəlxalq model olaraq çıxış etdiyi və fondun beynəlxalq sosial təminat aləmində nüfuzlu bir quruma çevrildiyi əks etdirilmişdir. Artıq Dünya Bankının tövsiyəsinə əsasən onun layihələrinin tətbiq olunduğu keçid dövrü ölkələrinin müvafiq nümayəndə heyətlərinin Azərbaycan təcrübəsinin öyrənilməsi məqsədi ilə respublikamıza səfərləri başlanılmışdır. Bu, bir daha Sizin həyata keçirdiyiniz sosial-iqtisadi islahatların nə qədər düzgün və alternativsiz olduğunu təsdiqləyir. Dövlət Sosial Müdafiə Fondunun kollektivi bu siyasətin uğurlu davamı üçün bütün tapşırıqlarınızı vaxtında və yüksək səmərə ilə yerinə yetirəcəkdir.

Diqqətinizə görə təşəkkür edirəm.

X X X

Prezident İlham Əliyev iclasda yekun nitq söylədi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çempionlar Liqası: “Fənərbağça” İngiltərə səfərində, “Mançester Siti” PSJ-yə qarşı

Azərbaycan nefti 127 dollardan baha satılır

İğdırda Azərbaycan İncəsənət Həftəsi çərçivəsində konsert və moda sərgisi təşkil olunub

Dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb

Təmir işləri ilə əlaqədar Bakının bəzi ərazilərində qaz kəsiləcək

ABŞ “Bank of America”nı 1,21 milyard dollar cərimələyib

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Yasamal və Binəqədi rayonlarında elektrik enerjisinin verilişində fasilə olacaq

Kiyev ballistik raketlərlə vurulub, ölənlər var

Böyük Britaniya Ukraynaya çoxməqsədli raketlərin tədarükünü sürətləndirəcək

Konqoda “Ebola” virusundan ölənlərin sayı 4300 nəfəri ötüb

“Politico”: Trampın yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib