“İİV-ə görə müayinə olunaq, sağlam olaq” adlı layihəyə start verilib
Bakı, 14 iyun, AZƏRTAC
Özəl Tibb Müəssisələri Assosiasiyası İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “İİV-ə görə müayinə olunaq, sağlam olaq” adlı layihəyə start verib.
Assosiasiyadan AZƏRTAC-a bildiriblər ki, layihədə qarşıya qoyulan əsas məqsədlər əhalinin İİV (İnsanın immunçatışmazlığı virusu) və QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) haqqında məlumatlılığının artırılması, eyni zamanda, özəl tibb müəssisələrində könüllü müayinə və məsləhət otağının yaradılması, həmin otaqda çalışan tibb işçiləri üçün metodiki tövsiyələr və təlimlər vasitəsilə maarifləndirmənin təşkilidir.
Layihənin icrası zamanı bir sıra tibb müəssisələri ilə əməkdaşlıq ediləcək. Bu müəssisələr sırasında layihənin həyata keçirilməsini dəstəkləyən Respublika QİÇS-lə Mübarizə Mərkəzi, Mediland Hospital, Baku Medical Plaza, Respublika Diaqnostika Mərkəzi, Liv Bona Dea Hospital, Mәlhәm Beynəlxalq Hospitalı da vardır.
Xatırladaq ki, İİV QİÇS-ə səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü büruzə verir. Hazırda dünyada İİV-lə yaşayan insanların sayı 37.7 milyon, bu səbəbdən dünyasını dəyişənlərin sayı isə 36.3 milyondur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 26.08.2026 [11:03]
Ötən gün 73 cinayətin açılması təmin olunub
- 26.08.2026 [10:58]
Yanvar-iyul aylarında “Könüllü DOST” proqramına 881 şəxs cəlb olunub
- 26.08.2026 [10:43]
Fövqəladə hallar naziri Kəlbəcərdə vətəndaşların müraciətlərini dinləyəcək
- 26.08.2026 [10:29]
Ədliyyə naziri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək
- 26.08.2026 [10:19]
Bakıda yanğın baş verib, 1 nəfər ölüb VİDEO
- 26.08.2026 [08:30]
Bu gün Laçın Şəhəri Günüdür
- 25.08.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
Sabahın hava proqnozu açıqlanıb
- [13:01]
Bankların cəmi aktivləri artıb
- [12:03]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Laçın Şəhəri Günüdür
- [08:30]