İki nəfəri bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Ağstafa, 6 may, Rauf Hacıyev, AZƏRTAC
Mayın 4-də gecə saatlarında 39 yaşlı Sumqayıt şəhər sakini Həsən Abbasovun və 24 yaşlı Ağstafa rayon Aşağı Göycəli kənd sakini Ülvi Quliyevin kəsici-deşici alətlə müxtəlif bədən xəsarətləri almaları barədə Ağstafa Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Ağstafa şəhər sakini, 27 yaşlı Kamran Şadlinski şübhəli şəxs qismində saxlanılıb.
O, araşdırma zamanı törətdiyi əməli etiraf edərək, zərərçəkənlərə aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.
Faktla bağlı araşdırma davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [16:19]
Masallıda şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlanıb
- 10.06.2026 [15:53]
AZƏRTAC-ın Uşaq Bilik Portalının sədası Ağdamdan gəlir VİDEO
- 10.06.2026 [14:48]
Tarixin söz körpüsü: bölgə yazarları Şəkidə bir araya gəldi
- 10.06.2026 [13:48]
Şimal-qərb bölgəsində tütün yığımına başlanılıb
- 10.06.2026 [13:42]