İKİ YOL NƏQLİYYAT QƏZASINDA ÜÇ NƏFƏR ÖLMÜŞDÜR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iyunun 10-da saat 3.45 radələrində Zaqatala rayonunun ərazisində Nuru Vəliyevin idarə etdiyi “Moskviç-2140” markalı avtomaşınla Kamran Ramazanovun sürdüyü “MTZ-80” markalı traktor toqquşmuşdur. Hadisə nəticəsində xəsarət almış N.Vəliyev və sərnişinləri Qorxmaz Gülməmmədov və Habil Abdullayev xəstəxanaya yerləşdirilmişlər. N.Vəliyev orada ölmüşdür.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanmışdır, araşdırmalar aparılır.
Xətai rayonunda isə Rauf Hüseynovun idarə etdiyi “QAZ-3110” markalı və Nemət Səmədovun idarə etdiyi “Mercedes” markalı avtomaşınların toqquşması R.Hüseynovun və ikinci avtomobildə olan Qəbələ rayon sakini Sahil Fərzəliyevin ölümünə, iki nəfərin isə xəsarət almasına səbəb olmuşdur.
Xətai Rayon Polis İdarəsində cinayət işi açılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]