İkinci Avropa Oyunlarında ölkəmiz yeddi karateçi ilə təmsil olunacaq
Bakı, 26 aprel, AZƏRTAC
İyunun 21-30-da Belarusun paytaxtı Minskdə keçiriləcək ikinci Avropa Oyunlarında Azərbaycandan daha bir karateçi iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, idmançımız Rafiz Həsənov (-67 kq) öz çəki dərəcəsində mübarizə aparacaq 8 idmançı arasına daxil edilib.
Bununla da 50 ölkədən 4 mindən artıq idmançının mübarizə aparacağı ikinci Avropa Oyunlarında idmançılarımızın sayı 7-yə çatıb. Belə ki, ölkəmizi bu yarışda Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov (-67 kq), Rafael Ağayev (-75 kq), Asiman Qurbanlı (+84 kq) və Roman Heydərov (kata), eləcə də Nuranə Əliyeva (-50 kq) və İrina Zaretska (-68 kq) təmsil edəcək.
Qeyd edək ki, ikinci Avropa Oyunlarının karate yarışları iyunun 29-30-da Minskin Çijovka-Arena kompleksində keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [12:50]
“Real Madrid”dən ayrılan Daniel Karvahal “Xetafe”yə keçib
- 13.10.2026 [12:03]
Gəncədə Beynəlxalq Şahmat Festivalı start götürüb
- 13.10.2026 [12:02]
“İmişli” klubu baş məşqçisi ilə yollarını ayırıb
- 13.10.2026 [11:15]
AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cərimələyib
- 13.10.2026 [10:59]
Azərbaycanın iki klubu FIBA Avropa Kubokunda növbəti oyunlarına çıxırlar
- 13.10.2026 [10:49]