İLHAM ƏLİYEV YUSİF MƏMMƏDƏLİYEV ADINA “QIZIL MEDAL”IN İLK LAUREATIDIR
Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse prezidenti, Milli Məclisin deputatı, Milli Olimpiya Komitəsinin prezidenti, İlham Əliyev akademik Yusif Məmmədəliyev adına “Qızıl medal”a layiq görülmüşdür.
“Bilik” Maarifçilik Cəmiyyətindən AZƏRTAC-a bildirmişlər ki, görkəmli Azərbaycan aliminin ad günü ərəfəsində təsis edilmiş bu medal maarifçilik sahəsində xüsusi xidmətləri olan tanınmış ictimai-siyasi xadimlərə verilir. İlham Əliyev bu medalın ilk laureatıdır.
Yusif Məmmədəliyev adına medalın yeni laureatları arasında Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi, respublikanın xalq artisti, professor Vasif Adıgözəlovun, Tibb Akademiyasının kafedra müdiri, tibb elmləri doktoru professor Teymur Babayevin, ədliyyə naziri Fikrət Məmmədovun, “EXO” qəzetinin baş redaktoru, filologiya elmləri namizədi Rauf Talışinskinin, şair Xuraman Cəlilovanın (Xuraman Vəfa), hüquq elmləri namizədi Bəhram Zahidovun da adları vardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]