İLİN BİRİNCİ YARISINDA 423,4 MİLYON MANATLIQ RABİTƏ XİDMƏTİ GÖSTƏRİLMİŞDİR
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin birinci yarısında telekommunikasiya və poçt müəssisələri tərəfindən hüquqi və fiziki şəxslərə 423,4 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 37,3 faiz çox rabitə xidməti göstərilmişdir. Xidmətlərin 79,2 faizi bilavasitə əhali kateqoriyasını əhatə etmişdir.
Əldə olunan gəlirlərin 71,3 faizi mobil telefon rabitəsinin payına düşür. 2007-ci ilin yanvar-iyun ayları ilə müqayisədə bu xidmətin həcmi 42,2 faiz, mobil telefon abunəçilərinin sayı isə 8,9 faiz artmışdır. Abunəçilərdə 4,9 milyon nömrə olmuşdur.
Rabitə xidmətlərinin həcmi Abşeron iqtisadi rayonunda 26,6 faiz, Quba-Xaçmaz iqtisadi rayonunda 26,4 faiz, Dağlıq Şirvan iqtisadi rayonunda 46 faiz, Şəki-Zaqatala iqtisadi rayonunda 30,8 faiz, Aran iqtisadi rayonunda 25,8 faiz, Lənkəran iqtisadi rayonunda 32,8 faiz, Gəncə-Qazax iqtisadi rayonunda 23,4 faiz artmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:25]
Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]