İlk ərəb Mars zondu 100 milyon kilometr məsafə qət edib
Qahirə, 25 avqust, AZƏRTAC
İyulun 20-da Yaponiyanın Taneqaşima Kosmik Mərkəzindən kosmosa buraxılmış ilk ərəb Mars missiyası - “Hope Probe” zondu 100 milyon kilometr məsafə qət edib.
AZƏRTAC xəbər verir ki, bu xəbəri Birləşmiş Ərəb Əmirliklərinin Məhəmməd bin Rəşid Kosmik Mərkəzi yayıb.
Məlumatda qeyd edilib ki, artıq Saturn və Yupiter planetlərini arxada buraxan Mars zondu gələn ilin fevralında Marsın orbitinə daxil olacaq. Hazırda “Hope Probe” 493 milyon kilometrlik ümumi məsafənin 20 faizini qət edib. Onun orta uçuş sürəti isə saatda 110 min ilə 120 min kilometr arasında dəyişir. Qət edilən bugünkü məsafənin Yer kürəsindən Aya 130 səyahət qədər olduğu bildirilir. Marsa yaxınlaşdıqda isə zondun sürəti saatda 18 min kilometrə düşəcək.
Qırmızı planetin iqlimini və atmosferini tədqiq edəcək “Hope Probe” ən müasir cihazlarla təchiz edilib. Ozon qatı, buzluqlar, oksigen və hidrogenin səviyyəsini ölçmək üçün də xüsusi ultrabənövşəyi spektrometrlər quraşdırılıb. Bu zond ilk dəfə olaraq 687 gün davam edən Mars ili ərzində Qırmızı planetin atmosferində baş verən dəyişikliklərin təsvirini Yerə göndərəcək.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:38]
Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO
- 03.10.2026 [13:12]
Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub
- 03.10.2026 [13:04]
Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib
- 03.10.2026 [11:20]
Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq
- 03.10.2026 [08:53]
Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq
- 03.10.2026 [07:11]
ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb
- 03.10.2026 [06:51]
Hörmüz boğazında neft tankerinə atəş açılıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
- 02.10.2026 [23:53]
Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb
- 02.10.2026 [23:20]
G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar
- 02.10.2026 [22:57]
“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!
- 02.10.2026 [22:42]
“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər
- 02.10.2026 [22:23]
Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib
- 02.10.2026 [22:05]