İlon Mask dünyada aclıqla mübarizə üçün 6 milyard dollar verməyə hazırdır
Vaşinqton, 2 noyabr, AZƏRTAC
İlon Maskın sözlərinə görə, əgər dünyada aclıq probleminin həlli üçün 6 milyard dolların kifayət olmasını ona sübut etsələr, o, həmin məbləği ödəməyə hazırdır.
AZƏRTAC xəbər verir ki, “Tesla” və “SpaceX” şirkətlərinin baş direktorunun sözlərinə görə, əgər BMT rəsmiləri dünyada aclıq probleminin həllinə kömək etmək üçün bu vəsaitin kifayət olduğunu sübut etsələr, o, həmin şirkətlərin səhmlərini satmağa hazırdır. Maskın bu kommentarisi Ümumdünya Ərzaq Proqramının (ÜƏP) direktoru Devid Bislinin oktyabr ayında səsləndirdiyi bəyanata cavabdır. Bislinin sözlərinə görə, 6 milyard dollar vəsait olsa dünyada aclıq problemi həll edilər. Mask bazar günü öz Tvitter səhifəsində yazıb ki, əgər Bisli həmin problemin necə həll ediləcəyini dəqiq təsvir edə bilsə, Mask bu vəsaiti verməyə razılaşar. Mask onu da tələb edib ki, həmin pulların necə sərf olunduğunu ictimaiyyətin görə bilməsi üçün ÜƏP “açıq mühasibat hesabatından istifadə etsin”.
Bislinin istədiyi 6 milyard dollar Maskın gəlirlərinin təqribən 2 faizinə bərabərdir. Təkcə oktyabrın 29-u günündə onun varidatının dəyəri 9,3 milyard dollar artıb. Elektromobillər istehsal edən “Tesla” şirkəti ötən həftə Maskın şirkətlər qrupuna qoşulub. Bu qrupun dəyəri 1 trilyon dollardan çoxdur.
Hazırda Maskın varidatı dünyada ikinci ən varlı adam, “Amazon” şirkətinin sahibi Ceff Bezosun sərvətindən 100 milyard dollar çoxdur.
AZƏRTAC-ın Vaşinqton bürosu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]