İmola trası Formula 1-in təqviminə qayıtmağa yaxındır
Bakı, 13 iyun, AZƏRTAC
İtaliyanın İmola trası Formula 1 üzrə dünya çempionatının cari mövsümünün təqviminə daxil edilməsi müzakirə olunur. Tras sonuncu dəfə 2006-cı ildə Formula 1 yarışlarına ev sahibliyi edib.
AZƏRTAC xəbər verir ki, tras “FIA Grade 1” lisenziyasını yeniləməklə bu yarışa ev sahibliyi şansını daha da artırıb. Belə ki, bu lisenziya olmadan trasda Formula 1 yarışı keçirilə bilməz.
İmola avtodromunun rəhbəri Uberto Selvatika deyib: “Tras Beynəlxalq Avtomobil Federasiyasının (FIA) standartlarına tam cavab verir. Ümid edirəm ki, bizim arzumuz gerçəkləşəcək və Formula 1 yarışları yenidən İmolaya qayıdacaq”.
İmola Formula 1 təqviminə yenidən salınacağı təqdirdə burada yarışın sentyabrın 13-də - Montsada təşkil olunacaq İtaliya Qran-Prisindən bir həftə sonra keçirilməsi nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [21:36]
Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib
- 11.06.2026 [21:30]
Futbol üzrə dünya çempionatının açılış mərasimi başlayıb
- 11.06.2026 [19:48]
FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar
- 11.06.2026 [19:21]
“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]
“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb
- 11.06.2026 [17:53]
“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb
- 11.06.2026 [17:36]