İNDONEZİYADA BEŞ AVROPALI TURİST YOXA ÇIXMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri Frans Press agentliyinə istinadla xəbər verir ki, İndoneziyada beş avropalı turist yoxa çıxmışdır.
Yerli polis rəsmisinin bildirdiyinə görə, üç britaniyalı, bir isveç və bir fransız ölkənin Flores adasının qərbindəki Komodo Milli parkının ərazisində su altında üzərkən iyunun 5-də yoxa çıxmışlar. Üç qadın və iki kişidən ibarət olan avropalı turistlərin axtarışı hələlik bir nəticə verməmişdir.
Yoxa çıxmış britanyalı qadının əri yanacaq çatışmazlığı üzündən təyyarələrin köməyi ilə axtarışların baş tutmadığını bildirmişdir.
Hazırda itkin düşmüş şəxslərin axtarışına xeyli yüngül qayıq səfərbər edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:39]
Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün ekipaj həlak olub
- 10.06.2026 [15:09]
İsraildə xərçəngin böyüməsini ləngidən nanohissəciklər yaradılıb
- 10.06.2026 [14:57]
Bərpaolunan dəniz energetikası Çini enerji ilə təmin edir
- 10.06.2026 [14:48]