İNƏKLƏR ATMOSFERİ DAHA ÇOX ÇİRKLƏNDİRİR?
İnək sürüləri 100-dən çox zərərli qaz, o cümlədən turşu yağışlarının başlıca səbəblərindən sayılan ammonyak ifraz edir. Bundan əlavə, yeni otlaqlar üçün geniş ərazilər tələb olunur ki, bu da meşələrin məhv edilməsi ilə nəticələnir. İnək sürülərinin otladığı örüşlər çox vaxt tədricən səhraya çevrilir.
FAO-nun proqnozuna görə, gələcəkdə vəziyyət daha da ağırlaşa bilər, çünki dünyada ətə tələbat artır və insanlar qarşıdakı 20-30 ildə daha çox mal-qara saxlayacaqlar. Nəticədə bu heyvanların ekologiyaya vurduğu ziyan 2050-ci ilədək 2 dəfə arta bilər.