İngiltərə Premyer Liqası: “Mançester Siti” öz meydanında “Lester Siti”ni məğlub edib
Bakı, 22 dekabr, Nicat Məmmədov, AZƏRTAC
Dekabrın 21-də futbol üzrə İngiltərə Premyer Liqasının 18-ci turunun mərkəzi qarşılaşması keçirilib.
AZƏRTAC xəbər verir ki, bu oyunadək 39 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Lester Siti” 35 xalla üçüncü yeri tutan “Mançester Siti” komandasının qonağı olub.
Qarşılaşmada hesabı 22-ci dəqiqədə “Lester Siti” Ceyms Vardinin sayəsində açıb - 0:1. Bu qoldan 8 dəqiqə sonra meydan sahibləri hesabı bərabərləşdirməyə nail olublar. Riyad Mahrez fərqlənib - 1:1. Birinci hissənin başa çatmasına iki dəqiqə qalmış “şəhərli”lər hesabda önə keçiblər. Hakimin təyin etdiyi 11 metrlik cərimə zərbəsini İlkay Gündoğan dəqiq yerinə yetirib - 2:1.
Qarşılaşmanın ikinci hissəsində Pep Qvardiolanın yetirmələri yenidən fərqləniblər. 69-cu dəqiqədə Qabriel Jesus Kevin De Brüynenin ötürməsini dəqiq zərbə ilə tamamlayıb - 3:1. Qalan vaxtda hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişməyib.
Bu qələbədən sonra xallarının sayını 38-ə çatdıran “Mançester Siti” “Lester Siti”dən bir xal, çempionatın lideri “Liverpul”dan isə 11 xal geri qalır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.09.2026 [18:35]
Azərbaycanı İsveçrədəki turnirdə 5 taekvondoçu təmsil edəcək
- 04.09.2026 [17:11]
Bakı Güləş Məktəbinə 47 yeni şagird qəbul edilib
- 04.09.2026 [16:09]
Azərbaycanı U-15 Avropa çempionatında təmsil edəcək boksçular bəlli olub
- 04.09.2026 [15:56]
“IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- 04.09.2026 [15:44]
Kamilo Duran Şotlandiya çempionatında ötən ayın oyunçusu seçilib
- 04.09.2026 [15:11]
Hollivud aktyoru İngiltərə klubunun səhmlərinin bir hissəsini almaq istəyir
- 04.09.2026 [14:59]