İnklüziv elektron təhsildə adaptiv texnologiyaların tətbiqi məsələləri araşdırılır
Bakı, 2 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda inklüziv elektron təhsildə adaptiv texnologiyaların tətbiqi məsələləri araşdırılır.
Bu barədə institutun növbəti elmi seminarında məlumat verilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, institutun əməkdaşı Cəmilə Bağırova elektron təhsilin funksional strukturu, e-maarifləndirici resurslar, adaptiv öyrədici sistem anlayışı və s. barədə məlumat verib. Bildirib ki, hazırda e-təhsil dünya təcrübəsində geniş istifadə olunur və yeni texnologiyalar bu sisteminin keyfiyyətini əhəmiyyətli dərəcədə artırır.
Məruzəçi qeyd edib ki, adaptiv texnologiyaların istifadəsi müəllimlərə tələbələrin fəaliyyətini izləməyə, şagirdin fəaliyyətində şəxsi keyfiyyət və problemlərlə bağlı ən tipik çətinlikləri müəyyənləşdirməyə, eləcə də onların fərdi tədris və təhsil fəaliyyətlərini tənzimləməyə imkan verir.
Sonda məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.