İNSAN ALVERİNDƏ TƏQSİRLƏNDİRİLMİŞ MƏHKUM QADINLARIN CƏMİYYƏTƏ İNTEQRASİYASI MÜZAKİRƏ OLUNMUŞDUR
Bakı, 2 may (AZƏRTAC). “Müasir cəmiyyət və qadın hüquqları” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “İnsan alverində təqsirləndirilmiş məhkum qadınların cəmiyyətə inteqrasiya prosesində sosial-psixoloji və hüquqi problemləri” layihəsinin icrasına başlamışdır.
İctimai Birlikdən bildirmişlər ki, mayın 1-də layihə çərçivəsində Penitensiar Xidmətin 4 saylı qadınların cəzaçəkmə müəssisəsindəki məhkum qadınlar üçün treninq keçirilmişdir.
Tədbirdə İctimai Birliyin sədri Xanım Əhmədzadə insan alveri cinayəti, onun acı nəticələri, layihənin məqsədi və icrası ilə bağlı məlumat vermişdir.
Treninqdə insan alverində təqsirləndirilmiş məhkum qadınların cəmiyyətə inteqrasiyası, yaranmış sosial-psixoloji problemlərin həlli yolları, şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan bu cinayətin cəmiyyətdə törətdiyi bəlalar, məhkum qadınları mövzu ilə bağlı narahat edən və maraqlandıran problemlər və digər məsələlər müzakirə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]
Bakıda 5 heyvan kəsimi və ət satışı məntəqəsi ilə əlaqədar tədbir görülüb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın FIFA referiləri beynəlxalq oyunlara təyinat alıblar
- 22.05.2026 [23:04]
103 ölkədən 569 QHT WUF13-lə bağlı Bakı Bəyannaməsi imzalayıb
- 22.05.2026 [22:56]