İNSAN HÜQUQLARI AYLIĞI ÇƏRÇİVƏSİNDƏ TƏDBİRLƏR DAVAM ETDİRİLİR
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, İnsan hüquqları aylığı çərçivəsində Bakı Mədəni-Maarif Texnikumunda növbəti seminar keçirilmişdir.
Təsisatın hüquqi maarifləndirmə sektorunun əməkdaşı Rəşid Rumzadə ölkədə insan hüquqlarının müdafiəsi istiqamətində görülən işlər barədə məlumat vermiş, ombudsmanın çoxşaxəli fəaliyyətindən danışmışdır. O, Azərbaycanın bir çox konvensiyalara və digər beynəlxalq hüquqi sənədlərə qoşulduğunu, insan hüquqları sahəsində milli qanunvericiliyin təkmilləşdirildiyini, nüfuzlu beynəlxalq təşkilatlar qarşısında götürülmüş öhdəliklərin böyük əksəriyyətinin yerinə yetirildiyini, İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının müddəalarına uyğun olaraq, geniş maarifləndirmə tədbirlərinin uğurla davam etdirildiyini diqqətə çatdırmışdır.