İNSAN HÜQUQLARININ QORUNMASI AZƏRBAYCAN DÖVLƏTİNİN ƏSAS PRİNSİPLƏRİNDƏN BİRİDİR
Bu fikir Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın iyulun 10-da Kürdəmir rayonunda rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirdiyi İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının təbliği və tətbiqi vəziyyəti ilə bağlı ictimai dinləmələrdə səsləndirilmişdir.
Qonaqlar və rayon fəalları ilk öncə ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan parkda olmuş, burada ulu öndərin heykəli önünə tər çiçəklər qoymuşlar.
Hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, qeyri-hökumət təşkilatları rəhbərlərinin, ərazi icra nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirakı ilə “Kürdəmir” şadlıq sarayında keçirilən tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Fəxrəddin Məlikov açmışdır.
Ombudsman Elmira Süleymanova tədbirdə çıxış etmişdir. Ölkəmizdə insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayan natiq bu sahədə qəbul olunan qanunlardan, digər hüquqi-normativ aktlardan, həyata keçirilən ardıcıl tədbirlərdən danışmışdır.
Qeyd olunmuşdur ki, ümummilli liderimiz Heydər Əliyevin Sərəncamı ilə 1998-ci il iyunun 18-də Azərbaycanda ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” qəbul olunmuşdur. Prezident İlham Əliyevin 2006-cı il 28 dekabr tarixli Sərəncamı ilə 5 bənddən və 48 maddədən ibarət İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiqi bu sahədə xüsusi əhəmiyyət kəsb edən sənəd olmuşdur.
İnsan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlarla əməkdaşlıq, 50-dən çox beynəlxalq sənədə tərəfdaşlıq və həmin istiqamətdə öhdəliklərin yerinə yetirilməsi Azərbaycanda insan hüquqlarının qorunması ilə bağlı mühüm və həm də ardıcıl işlər görüldüyünü təsdiq edir.
Ötən müddət ərzində qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilmiş, islahatlar həyata keçirilmişdir. Demokratik ədalət məhkəməsi prinsiplərinə əsaslanan məhkəmə sistemi, Konstitusiya nəzarəti və digər bir sıra təsisatlar yaradılmış, hüquq-mühafizə orqanlarının işi yenidən formalaşdırılmışdır.
Tədbirdə Milli Məclisin deputatı Rəfael Hüseynov çıxış edərək, diqqəti 2001-ci ildə Azərbaycanın Avropa Şurasına rəsmən qəbulu zamanı ulu öndərimiz Heydər Əliyevin çıxışına, bu zaman onun insan hüquqları üzrə səsləndirdiyi bəyanata cəlb etmiş və göstərmişdir ki, məhz bu öhdəliklər çərçivəsində Ombudsman təsisatı yaradılmışdır. Ötən müddətdə ombudsmanın insan hüquqlarının müdafiəsi sahəsində çox işlər gördüyünü diqqətə çatdıran natiq, Milli Fəaliyyət Planının mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir.
Çıxış edənlər diqqəti qarşıdan gələn seçkilərə, bu zaman hər kəsin yüksək vətəndaşlıq məsuliyyətinə, seçki qanununun aliliyinə hörmətlə yanaşılması zəruriliyinə cəlb etmişlər.
Ombudsman Elmira Süleymanova iştirakçıları maraqlandıran suallara aydınlıq gətirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [21:53]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:23]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [21:15]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [20:49]