İNTERNETİN İNKİŞAFI ÜZRƏ KOORDİNASİYA ŞURASININ YARADILMASI ƏHALİ TƏRƏFİNDƏN MÜSBƏT QARŞILANMIŞDIR
Ölkədə internet şəbəkəsini inkişaf etdirmək məqsədi ilə cari ilin yanvar ayında Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən yaradılmış İnternetin İnkişafı üzrə Koordinasiya Şurası əhali tərəfindən müsbət qarşılanmışdır. Belə tendensiya, RİTN-nin portalında aparılmış sorğu nəticəsində müəyyən olunmuşdur.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, sorğuda iştirak etmiş 328 respondentin əksəriyyəti (saytın hər üç dildə olan versiyasında) Şuranın yaradılmasını müsbət hal kimi qiymətləndirmişdir. Belə ki, portalın Azərbaycan versiyasında 74 faiz (202 respondent) bu qurumun yaradılmasını müsbət, 10 faiz (27 respondent) mənfi hal kimi dəyərləndirmiş, 15 faiz isə (41 respondent) bu barədə məlumatlarının olmamasını qeyd etmişdir.
Portalın müvafiq olaraq rus və ingilis versiyalarında respondentlərin 58 və 68 faizi Şuranın yaradılmasını müsbət, 32 və 12 faizi mənfi hal kimi dəyərləndirmiş, 11 və 18 faizinin isə bu barədə məlumatı yoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:25]
Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]