“İnvestor” Stimullaşdırıcı lotereyasının sonuncu tirajının qalibləri müəyyənləşib
Bakı, 15 noyabr, AZƏRTAC
Noyabrın 15-də “İnvestor” Stimullaşdırıcı lotereyasının dördüncü - sonuncu tirajı keçirilib.
Bakı Fond Birjasından AZƏRTAC-a bildirilib ki, dördüncü tirajda sentyabrın 14-dən noyabrın 14-dək müvafiq şərtləri ödəyən lotereya biletləri oynanılıb, həmin lotereya biletlərinin içərisindən üç şanslı investor seçilib və hər biri 1000 manat qazanıb. Dördüncü tirajın qalibləri: İrina Yakovenko (Bilet nömrəsi İST 0773), Elçin Eyvazov (Bilet nömrəsi İST 0257), Jozef Jaroslaw Dawidczyk (Bilet nömrəsi İST 0708).
“İnvestor” Stimullaşdırıcı lotereyası bundan sonra da istiqraz alıcılarını sevindirməkdə davam edəcək. Belə ki, “İnvestor” Stimullaşdırıcı lotereyası 4 tirajdan ibarətdir və İnvestisiya Şirkətləri vasitəsilə Bakı Fond Birjasından korporativ istiqraz alan, 18 yaşı tamam olmuş şəxslərə 1000 manat qazanmaq şansı təqdim edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]