Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

İpək Yolu üzərindən keçən nəqliyyat qovşağı Vaşinqtonda konfransda geniş müzakirə mövzusu olub VİDEO

Vaşinqton, 11 dekabr, AZƏRTAC

Vaşinqtonda fəaliyyət göstərən nüfuzlu “İrs Fondu” tərəfindən “Enerji, Təbii Ehtiyatlar və Geosiyasət üzrə Mərkəz” ilə əməkdaşlıq çərçivəsində “Yenilənmiş İpək Yolu - Avrasiyanın ürəyindən Avropanın ürəyinə: XXI əsr Nəqliyyatı və Enerji İcmalı” adlı konfrans təşkil edilib.

ABŞ-ın rəsmi qurumlarının, yerli ictimai, işgüzar və elmi dairələrinin, Vaşinqtondakı diplomatik korpusun və media təmsilçilərinin qatıldığı bu konfransda yarım gün ərzində Avropa və Asiyanı birləşdirən nəqliyyat və enerji layihələri müzakirə olunub və iştirakçıların sualları cavablandırılıb.

Konfransın açılışında ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokştayn və Gürcüstan Respublikasının müdafiə naziri Tinatin Xidaşeli çıxış edərək iştirakçılarla fikirlərini bölüşüblər.

Amos Hokştayn geniş məruzəsində ayrıca olaraq Azərbaycan və ölkəmizdən start götürən enerji layihələrinə istinad edib. Azərbaycan ilə ABŞ arasında enerji sahəsində əldə edilmiş uğurlardan bəhs edən Amos Hokştayn vaxtilə Prezident Bil Klintonun Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşasına göstərdiyi diqqəti xatırladıb və bu diqqətin ABŞ-ın həmin layihənin daşıdığı strateji əhəmiyyəti tam şəkildə dərk etməsindən irəli gəldiyini söyləyib. O, Cənub Qaz Dəhlizinin eyni strateji xarakterini vurğulayaraq, həmin qaz kəmərinin Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcəyi və eləcə də keçdiyi bütün ölkə və regionlarda inkişaf və tərəqqiyə ciddi stimul gətirəcəyinə inandığını bildirib. Xüsusi elçi təmsil etdiyi ölkənin Cənub Qaz Dəhlizinin uğurla tamamlanması işini ən fəal surətdə təşviq edəcəyini bildirib və bu mənada ABŞ Prezidenti Barak Obama səviyyəsində bu prosesə müxtəlif məqamlarda mühüm dəstək nümayiş etdirildiyini qeyd edib. Amos Hokstayn, həmçinin dekabrın 10-da Yunanıstan və Bolqarıstan arasında qaz kəməri üzrə Yekun Sərmayə Qərarının qəbul ediləcəyini bildirib və bu kəmərin çəkilməsinin Azərbaycan qazının nəql edilə biləcəyi coğrafiyanı əhəmiyyətli şəkildə genişləndirəcəyini göstərib.

Digər çıxış edənlərdən İrs Fondunun tədqiqatçısı Lyuk Kofi Cənubi Qafqazın enerji infrastrukturunun strateji əhəmiyyətini bir daha vurğulamaqla yanaşı, bölgədəki münaqişələr, xüsusilə Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ regionunun işğalının bu layihələr üçün doğurduğu təhlükələri konfrans iştirakçılarının diqqətinə çatdırıb. O, bu mənada iki ölkənin hərbi qüvvələri arasındakı təmas xəttinin Bakı-Tbilisi-Ceyhan, Cənubi Qafqaz qaz kəməri və eləcə də Bakı-Tbilisi-Qars dəmir yolunun bir neçə kilometrliyində yerləşdiyini xatırladıb. Tədqiqatçı münaqişənin nizamlanması istiqamətində beynəlxalq səylərin gücləndirilməsindən də danışıb.

Konfransın “Asiya-Avropa nəqliyyat yolları və qaz təchizatı - tələbin qarşılanması və təchizatın şaxələndirilməsi” mövzusunda panelində "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Baş direktoru Taleh Ziyadov geniş məruzə ilə çıxış edib. O, ölkəmizdə infrastrukturun yenidən qurulması və təkmilləşdirilməsi istiqamətində aparılan köklü işlər kontekstində Qaradağ rayonunun Ələt qəsəbəsində inşası davam edən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksi haqqında danışıb. T.Ziyadov Bakı Limanının Azərbaycanın beynəlxalq nəqliyyat təchizat zəncirində çox mühüm bir həlqə olduğunu söyləyib. Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa himayəsi və nəzarəti altında bu sahədə mövcud potensialın gücləndirilməsi və ondan səmərəli istifadəsi məqsədilə həyata keçirilən və planlaşdırılan tədbirlər haqqında məlumat verib.

Konfransda çıxış edən ABŞ Nəqliyyat Komandanlığının sabiq komandiri, hava qüvvələri generalı Danken Maknab, Təbii Ehtiyatlar və Geosiyasət üzrə Mərkəzin direktoru Ariel Koen, Con Hopkins Universitetinin Mərkəzi Asiya-Qafqaz İnstitutunun sədri Frederik Star, Türkiyə və Qazaxıstanın Vaşinqtondakı səfirlərinin müavinləri Tuqay Tuncay və Yerkin Axinjanov, eləcə də bir sıra digər natiqlər İpək Yolunun əhatə etdiyi coğrafiyada həyata keçirilən layihələr və onların malik olduqları potensialdan bəhs ediblər.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

İpək Yolu üzərindən keçən nəqliyyat qovşağı Vaşinqtonda konfransda geniş müzakirə mövzusu olub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çempionlar Liqası: “Real Madrid” geri dönüş edərək finala yüksəlib

Səfir: ADA və Bolonya universitetlərinin birgə layihəsi kənd təsərrüfatı mütəxəssislərin hazırlanmasında xüsusi önəm daşıyır

Kubada Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə tədbir təşkil edilib

Konfrans Liqasında ilk finalçı bəlli olub

Rusiyanın Londondakı hərbi attaşesi ölkədən çıxarılıb

“Paris 2024” Yay Olimpiya Oyunlarının məşəli Marselə gətirilib

Azərbaycan Basketbol Liqası: “Xəzri” seriyanın ilk oyununda qalib gəlib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilib

Xətai rayonunda Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışı olub

Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina edib

Pentaqon: ABŞ qoşunları Nigerdən çıxarılacaq

Vüqar Dəmirbəylinin Dəli Alı haqqında tarixi romanı çapdan çıxıb

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb

ABŞ-ın müdafiə naziri İsrailə silah tədarükünün təxirə salındığını təsdiqləyib

“Azərpoçt” sabah xüsusi rejimdə fəaliyyət göstərəcək

Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsinin yaranması günü qeyd edilib

Marneulidə ADA Universitetinin soydaşlarımız üçün təklif etdiyi magistr proqramlarının təqdimatı keçirilib

Masallıda Ümummilli Liderin həssas kateqoriyadan olanlara daim xüsusi qayğı ilə yanaşdığı xatırlanıb

Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammiti keçirilir

Türkiyə və Azərbaycan prezidentlərinin qətiyyəti, iradəsi və dostluğu əməkdaşlığın təşviqində həlledici rol oynayır

Ankarada Azərbaycan-Türkiyə biznes forumu keçirilib

Ali Məclisin plenar iclasında hökumətin hesabatı dinlənilib

Azərbaycanda “Qızıl Şah” IV Milli Kulinariya Çempionatı keçiriləcək

Marneulidə “Əsrin yadigarı – Heydər Əliyev” kitabının təqdimatı keçirilib

“Peşəkarlarla görüş”də qida sahəsində gigiyena tələbləri barədə məlumat verilib

Azərbaycan-İsrail əməkdaşlığının cari vəziyyəti və perspektivləri müzakirə edilib

Naxçıvanda Kitab festivalı keçirilir

Faşizm üzərində Qələbədə Azərbaycan xalqının və Bakı neftinin böyük rolu olub - RƏY

Bolqarıstanın sabiq nazir müavini: Bizim üçün Azərbaycan qazının tədarükünün artırılması enerji təhlükəsizliyimizin açarıdır - MÜSAHİBƏ

Qida Təhlükəsizliyi Agentliyi COP29 tədbiri ilə bağlı növbəti təlim keçirib

“Le Figaro”: Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər

DGK: Avtomobil ehtiyat hissələrinin qanunsuz gətirilməsinin qarşısı alınıb

“Heydər Əliyev və elmi potensialın inkişaf dinamikası” - respublika elmi konfransı

Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konfrans

Seysmoloji Xidmət Mərkəzində Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Azərbaycan tikinti şirkətlərinin İraqda aparılan quruculuq işlərində iştirakı müzakirə edilib

Azərbaycan Çində beynəlxalq mədəniyyət festivalında təmsil olunub

10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...

İlahiyyat İnstitutunun əməkdaşı Gürcüstanda beynəlxalq elmi konfransda iştirak edib

Gürcüstan DİN ölkədə aksiya keçirmək istəyənlərə sərt xəbərdarlıq edib

Sabah “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq

Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq müzakirə edilib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü COP29-a dəvət olunub

YAP Mərkəzi Aparatında Vyetnam-Azərbaycan və Laos-Azərbaycan dostluq qruplarının üzvləri ilə görüş olub

Sloveniyada Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyində Sənaye Mülkiyyəti Obyektlərinin “Açıq reyestri”nin fəaliyyəti yenilənib

Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb

Dərman müalicəsinin nanohissəciklərlə dəyişdirilməsi istiqamətində tədqiqatlar aparılır

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilib VİDEO

Heydər Əliyev irsində Azərbaycan tarixinin aktual məsələləri – dəyirmi masa

Təhsildə sosial iş xidmətinin həssas qruplara təsiri müzakirə olunub

Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb

Narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirən şəxslər saxlanılıblar

Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Prezidenti Rumen Radevlə görüşüb

® “Kapital Bank”la avtomobil arzunuza çatmaq daha asandır

Lisenziya turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli olub

EMTA BSU-da “Yaşıl enerjiyə keçid” mövzusunda seminar təşkil edib

Bu günədək sənaye zonalarında istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilib

Silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə respublika çempionatında 86 polis əməkdaşı mübarizə aparıb

“Ulu Öndərin işığında” kitabının təqdimatı olub

Bolqarıstan Prezidenti və xanımı Milli Gimnastika Arenası ilə tanış olublar

Sahibə Qafarova: Parlamentlərin qarşılıqlı fəaliyyəti Azərbaycan-Bolqarıstan münasibətlərinə müsbət təsir göstərən amillərdəndir

Rumen Radev: Bolqarıstan-Azərbaycan əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə töhfə verir

UNEC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

AZPROMO: Məqsədimiz Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışını dəstəkləməkdir

Ağdam kəhrizlərində mikrobioloji tədqiqatlar aparılır

Baş nazir Əli Əsədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb

“Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Qafqazşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitab təqdimatı və sərgi keçirilib

Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar

“İçərişəhərim” rəsm müsabiqəsinin vaxtı uzadılıb

Qusarda qəza törədən avtomobil rabitə dirəyini aşırıb

Nərimanov rayonundakı bazarda bəzi məhsulların satış sahələrinə məhdudiyyət qoyulub

Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb

Dövlət Proqramı İdarəetmə Qrupu aprel üzrə vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısı Ulu Öndər həmişə dərin hörmət və ehtiramla anılır

Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək

Fizika İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş tədbir keçirilib

Təbriz qəzeti Ulu Öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc edib

Süni intellekt və yeni inkişaf meyarları

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə “Açıq qapı” günü təşkil olunacaq

ADPU-da tədbir: “Əbədi ömrün ikinci yüzilliyi”

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Azərbaycan Bəstəkarlar İttifaqında Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Premyer Liqasında XXXV turun oyun cədvəli açıqlanıb

Ankarada Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib VİDEO

Gəncədə “Yaradıcı müzakirələr” keçirilir

“Qalatasaray”ın hücumçusu bu mövsüm ən çox məhsuldar ötürmə edən futbolçudur

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Varis Yolçiyev: “BOOKFEST” Naxçıvan Kitab Sərgisinin təşkili təqdirəlayiq addımdır

Koreyada təhsil alan azərbaycanlı tələbələr üçün magistraturaya qəbul imtahanı keçirilib

ADA və Bolonya universitetlərinin “Dayanıqlı bağçılıq sistemləri” mövzusundakı birgə sertifikat proqramı “MacFrut” sərgisində VİDEO

Ulu Öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan qüdrətli dövlətə çevrilib

Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək

“Tamstore” marketlər şəbəkəsi “Bu qiymətlər bir daha olmayacaq” kampaniyasına start verib

“Sən elə bir zirvəsən!” tamaşası yenidən Akademik Musiqili Teatrın səhnəsində

® “Caspian Energy Forum Izmir 2024” oktyabr ayında keçiriləcək

“The Standard”: COP29-a ev sahibliyi etməyə hazırlaşan Azərbaycan tarixi anın astanasındadır