İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin nəqliyyat nazirlərinin IX toplantısı keçiriləcək
Türkmənbaşı, 10 aprel, AZƏRTAC
Mayın 3-də Türkmənistanın “Avaza” Milli Turizm Zonasında nəqliyyat sahəsinə həsr olunmuş beynəlxalq forum keçiriləcək.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin nəqliyyat nazirlərinin IX toplantısının keçirilməsi də nəzərdə tutulub.
Toplantıda nəqliyyat potensialının səmərəli istifadəsi, həmçinin turizm sektorunda əlaqələrin genişləndirilməsi, investisiya fəaliyyətinin təşviqi kimi nəqliyyat və logistika sahəsində faydalı əməkdaşlığın inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq.
Bundan başqa, beynəlxalq nəqliyyat əməkdaşlığı mövzusuna həsr olunmuş sərgi də təşkil olunacaq.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Türkmənbaşı
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]