İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATININ İCLASI
İyulun 23-25-də İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının /İƏT/ üzvü olan ölkələrin kənd təsərrüfatı nazirlərinin birinci iclası keçirilmişdir. İclasda Pakistanın, İranın, Türkiyənin, Əfqanıstanın, Tacikistanın kənd təsərrüfatı nazirləri, Azərbaycanın, Qazaxıstanın, Özbəkistanın, Türkmənistanın, Qırğızıstanın Pakistandakı səfirləri iştirak etmişlər.
Pakistan İslam Respublikasının Prezidenti Pərviz Müşərrəf iclasın açılışında nitq söyləmişdir.
İƏT-in yeni baş katibi Mustafa Ərəstu /İran/ və iştirakçı ölkələrin təmsilçiləri iclasda çıxış etmişlər. Azərbaycanın kənd təsərrüfatı naziri İrşad Əliyevin çıxışının mətni iclas iştirakçılarına paylanmışdır. Ölkəmizin İslamabaddakı səfiri Eynulla Mədətli öz çıxışında həmin mətndə toxunulmuş məsələləri bir daha açıqlamışdır.
İclasın sonunda İƏT-in üzvü olan ölkələrin kənd təsərrüfatı sahəsində əməkdaşlığına dair İslamabad Bəyannaməsi qəbul olunmuşdur.
Pakistan Prezidenti Pərviz Müşərrəf nazirləri və səfirləri qəbul etmişdir. Ölkəmizin səfiri Pakistan Prezidentini Azərbaycan Prezidenti Heydər Əliyevin adından salamlamış, onun respublikamıza qarşıdakı səfərinin səbirsizliklə gözlənildiyini bildirmişdir.
Cənab Pərviz Müşərrəf səmimi salamlarını və xoş arzularını dövlətimizin başçısı Heydər Əliyevə yetirməyi xahiş etmişdir.
İƏT-in üzvü olan ölkələrin kənd təsərrüfatı nazirlərinin ikinci iclası Türkiyədə keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [13:11]
Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər
- 17.10.2026 [12:40]
“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub
- 17.10.2026 [12:16]
Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub
- 17.10.2026 [11:28]
Azərbaycan nefti 116 dollara satılır
- 17.10.2026 [10:44]
Birjalarda neft bahalaşıb
- 17.10.2026 [10:42]
Qızıl və gümüş bahalaşıb
- 16.10.2026 [19:34]
Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]