“IrAero” şirkəti Omskdan Bakıya aviareyslər yerinə yetirəcək
Bakı, 1 mart, AZƏRTAC
Rusiyanın “İrAero” aviaşirkəti aprel ayında Omskdan Bakıya birbaşa reysə başlayacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “Omsk aeroportu” məlumat paylaşıb.
““IrAero” şirkəti Omsk-Bakı birbaşa aviareysinin bilet satışına başlayıb. Azərbaycanın paytaxtına ilk uçuş aprelin 2-də baş tutacaq”, - deyə məlumatda bildirilir.
Uçuş proqramı oktyabrın 22-dək bəyan edilib. Reyslər həftədə bir dəfə SSJ 100 təyyarəsi ilə həyata keçiriləcək.
Bakıdan uçuş bazar ertəsi yerli vaxtla 21:20-də həyata keçiriləcək, Omsk şəhərinə eniş çərşənbə axşamı saat 02:50-də olacaq. Omskdan təyyarə çərşənbə axşamı saat 04:00-da qalxacaq, saat 05:30-da Heydər Əliyev Hava Limanına eniş edəcək.
Həmçinin, aeroportun məlumatında qeyd olunub ki, son dəfə Omsk-Bakı reysi 2014-cü ildə həyata keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:33]
Səbail rayonunda su təchizatı bərpa olunub
- 13.10.2026 [13:26]
92 nömrəli marşrutun bütün avtobusları yenilənir
- 13.10.2026 [12:49]
“Bug bounty” proqramına start verilir
- 13.10.2026 [12:27]
Kənd təsərrüfatı məhsulu istehsalı 1,1 faiz artıb
- 13.10.2026 [12:17]