İran ilə Avropa arasında xüsusi sistem yaradılıb
Tehran, 1 fevral, AZƏRTAC
Nəhayət ki, Avropa İttifaqı üzərinə düşən öhdəliyin yerinə yetirilməsi istiqamətində ilk addımı ataraq İran ilə ticarət əlaqələrini davam etdirmək üçün xüsusi hesablaşma sistemi (INSTEX) yaradıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasemi deyib. O bildirib ki, dünən Fransa, Almaniya və Böyük Britaniya bəyanatla çıxış edərək İranla iqtisadi və ticarət əlaqələrini davam etdirmək üçün xüsusi maliyyə sistemini yaratdıqlarını bəyan ediblər. Bu addımla hər 3 dövlət nüvə razılaşmasının pozulmasının əleyhinə çıxış ediblər. Rəsmi Tehran hər 3 dövlətin addımını alqışlayır.
Xüsusi sistem bank kimi fəaliyyət göstərəcək, mənzil-qərargahı Fransada yerləşəcək. Onun icra mexanizmini Almaniya həyata keçirəcək. Böyük Britaniya isə nəzarət şurası funksiyasını yerinə yetirəcək. İstənilən Avropa ölkəsi bu sistemə qoşularaq İran ilə iqtisadi və ticarət əlaqələrini davam etdirə bilər.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]