İRAN OBYEKTLƏRİNƏ ZƏRBƏLƏR ENDİRİLMƏSİ ÖLKƏ İQTİSADİYYATINI İFLİC HALINA SALMAYACAQDIR
Mərkəzin direktoru bildirmişdir ki, İran iqtisadiyyatının 6 ay üçün xüsusi ehtiyatı var. Bu dövr ərzində İran nefti ixrac olunmasa, Qərb iqtisadiyyatı böyük çətinliklərlə üzləşə bilər. İlk raket zərbələrindən sonra İran 50 kilometrlik Hörmüz boğazını bağlayacaqdır. Dünyada ixrac olunan neftin beşdə bir hissəsi bu boğaz vasitəsilə nəql edilir.
İran ABŞ-dan iki yolla - dünya iqtisadi proseslərində qlobal böhranın yaradılması və ABŞ-ın regionda başlıca müttəfiqi olan İsrailə ziyan vurulması yolları ilə qisas ala bilər. İranın, bundan başqa, nə texniki, nə də siyasi cəhətdən əlindən heç nə gəlməyəcəkdir.
Ekspertin fikrincə, İranın nüvə problemi ətrafinda ciddi qlobal münaqişənin yarana biləcəyi ehtimalı çox böyükdür və böhranın asanlıqla aradan qaldırılacağına ümid azdır. Böhranlı vəziyyətin həllinin yeganə yolu İranla razılığa gəlməkdir. Lakin tərəflər arasındakı siyasi fikir ayrılığı bunu çətinləşdirir.