İRAN PREZİDENTİ URANI XARİCDƏ SAFLAŞDIRMAĞIN ƏLEYHİNƏDİR
AZƏRTAC İRNA agentliyinə istinadla xəbər verir ki, fevralın 2-də İran Prezidenti Mahmud Əhmədinejad uranın saflaşdırılması üçün Rusiya ərazisində müştərək müəssisə yaradılması barədə Moskvanın irəli sürdüyü təklifi rədd etmişdir.
İran rəhbəri demişdir: “Siz bizə uranı saflaşdırmaq işinin xaricdə aparılmasını təklif edərək, elə düşünürsünüz ki, qarşınızdakı orta əsr ölkəsidir. Deyək ki, biz razılaşdıq. Günlərin birində siz bizə nüvə yanacağı göndərməsəniz, bəs onda biz nə edəcəyik?”.
Əhmədinejad “etimadın möhkəmlənməsi üçün konkret addımlar atmaq və uranın saflaşdırılması ilə bağlı işlər üzərində moratoriuma qayıtmaq” barədə BAEA-nın baş direktoru Məhəmməd əl-Baradeinin çağırışını şərh edərək bildirmişdir ki, “uranın saflaşdırılması nüvə enerjisinin əsasını təşkil edir”. Onun sözlərinə görə, “düşmənlər İranı öz qanuni hüquqlarından məhrum etməyə, sonra da nüvə enerjisini ona yüksək qiymətlərlə satmağa çalışırlar.
İran öz yolu ilə getməkdə davam edəcək və öz qanuni hüququndan heç bir halda imtina etməyəcəkdir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [11:06]
Nepalda məktəb avtobusu qəzaya uğrayıb: 5 ölü, 14 yaralı
- 09.10.2026 [11:04]
İran uranın zənginləşdirilməsindən imtina etməyəcəyini bəyan edib
- 09.10.2026 [09:34]
Çin Avropa Parlamentinin hesabatına sərt etirazını bildirib
- 09.10.2026 [09:05]
İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb
- 09.10.2026 [07:49]
“Axios”: Vitkoff və Kuşner oktyabrın sonunda Moskvaya səfər edə bilər
- 09.10.2026 [06:44]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq edəcək
Bu gün Ümumdünya Poçt Günüdür
- [09:37]
ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib
- 08.10.2026 [23:36]
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
- 08.10.2026 [23:03]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [21:37]
Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək
- 08.10.2026 [20:39]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [20:09]
Bu saata olan əsas xəbərlər
- 08.10.2026 [20:00]
Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb
- 08.10.2026 [19:43]
Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir
- 08.10.2026 [19:24]
Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib
- 08.10.2026 [19:20]
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb
- 08.10.2026 [19:18]