İQTİSADİYYAT
İran şirkətləri Azərbaycanın İKT sahəsində həyata keçirdiyi layihələrdə iştiraka dəvət olunub
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan və İran arasında ikitərəfli münasibətlər, informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əməkdaşlıq imkanları və perspektivləri müzakirə edilib.
İran səfərinin təəssüratları və uğurlu nəticələri barədə danışan nazir Əli Abbasov bildirib ki, Azərbaycan və İran prezidentlərinin görüşündən sonra ölkələrimiz arasında əlaqələr daha da genişlənib. İqtisadi sahədə əməkdaşlığın inkişafında iki ölkənin iş adamları arasında birbaşa təmasların əhəmiyyətini vurğulayan Əli Abbasov İran şirkətlərini ölkəmizin İKT sahəsində həyata keçirdiyi layihələrdə iştiraka dəvət edib və bunun üçün əlverişli şərait olduğunu diqqətə çatdırıb.
M.Haşimi İran şirkətlərinin qarşılıqlı əməkdaşlığa hazır olduqlarını, birgə fəaliyyətin mümkünlüyünü və bunun əlaqələrin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Görüşdə İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin iştirak edib.