İranda 2 ton narkotik vasitə müsadirə edilib
Tehran, 4 sentyabr, AZƏRTAC
İranın Sistan-Bəlucistan vilayətində sərhədçilərlə polisin birgə əməliyyatı nəticəsində 2 ton narkotik vasitə müsadirə olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə vilayət polisi rəisinin müavini Əhməd Tahiri məlumat verib. O bildirib ki, Əfqanistandan İrana qaçaqmalçılar tərəfindən külli miqdarda narkotik vasitənin gətiriləcəyi haqqında operativ məlumat daxil olmuşdu. Sərhədçilərə bu barədə məlumat verildi və birgə əməliyyat planı hazırlandı. Narkotik vasitələrin qaçaqmalçılarına sərhədi keçməyə imkan verildi ki, İrandakı alıcıları da müəyyənləşdirilsin. Qaçaqmalçılar 2 ton narkotik vasitəni vilayətin Həş şəhərində satarkən yaxalandılar.
Rəis müavini diqqətə çatdırıb ki, əməliyyat nəticəsində 5 nəfər həbs edilib. Hazırda istintaq aparılır.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]